Zəminə Rəsulova
Zəminə Rəsulova | |
---|---|
Rəsulova (Əliyeva) Zəminə İsmayıl qızı | |
Zəminə Rəsulova. | |
Anadan olub | 14 mart 1983 |
Anadan olduğu yer | Qaradağlı, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
• Şəki Pedaqoji Texnikumu, ingilis dili müəllimi ixtisası (–2004) • Lənkəran Dövlət Universiteti, tarix-coğrafiya və incəsənət fakültəsi, muzey, arxiv işi və abidələrin qorunması ixtisası (2020–) |
İş yeri | “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu (bələdçi) |
Mükafatları | |
facebook səhifəsi |
Zəminə Rəsulova — “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun bələdçisi, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası İdarə Heyətinin üzvü. Aktiv bədii yaradıcılıq və tərcümə işi ilə də məşğuldur.
Haqqında məlumatlar
14 mart 1983-cü il tarixdə Şəki rayonunun Qaradağlı kəndində anadan olub.
Təhsili
2000-ci ildə Şəki şəhər 11 saylı orta məktəbini,
2004-cü ildə Şəki Pedaqoji Texnikumunu bitirib.
2020-ci ildə Lənkəran Dövlət Universitetinin tarix-coğrafiya və incəsənət fakültəsinə (muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə) qəbul olunub.
Əmək fəaliyyəti
2004-cü ildən “Yuxarı Baş” Dövlət/Milli Tarix-Memarlıq Qoruğunda bələdçi vəzifəsində işləyir.
Digər
Dövri mətbuatda şeirləri çap olunub. 5 şeiri isə 2018-ci ildə işıq üzü germüş “Şəkidən gələn səslər” adlı ədəbiyyat toplusuna daxil edilmişdir.
Rus, ingilis və italyan dillərini bilir və həmin dillərdən azərbaycan dilinə tərcümələr edib. 2020-ci ildə “Bir saray bələdçisinin qeydləri” adlı kitabı çap olunub.
2019-cu ildən Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının İdarə Heyətinin üzvüdür.
Təltif və mükafatları
- “Tərəqqi” medalı (2020).
Ədəbiyyat
- Orsər R. Zəminə Rəsulova // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 809-812. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Bir qrup Azərbaycan qadını “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM : [arx. 06.03.2020] // Milli.az. — 2020. — 5 mart. — Müraciət tarixi: 15.09.2021.
- Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası : ATBA İdarə Heyəti : [arx. 16.09.2021] // ATGA. — Müraciət tarixi: 16.09.2021.
Həmçinin, bax:
Bildiriş
© 2019 – 2024 Şəki Ensiklopediyası |