Nailə Bədəlova
Nailə Bədəlova | |
---|---|
Bədəlova Nailə Məmməd qızı | |
Nailə Bədəlova. | |
Anadan olub | 8 mart 1913 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 27 may 2000 (87 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Uşağı | Sevinc Bədəlova |
Təhsili | Kinomexaniklər kursu (Bakı, –1939) |
Mükafatları |
Nailə Bədəlova (1913–2000) — ilk azərbaycanlı qadın kinomexanik.
Haqqında məlumatlar
8 mart 1913-cü il tarixdə Nuxada anadan olub.
Təhsili
1939-cu ildə Bakıda kinomexaniklər kursunu bitirib.
Əmək fəaliyyəti
17 aprel 1939-cu il tarixdən Bakıdakı «Bakkommuna» kinoteatrında təcrübəçi kimi əmək fəaliyyətinə başlayıb və
1 yanvar 1940-cı il tarixdən kinomexanik vəzifəsinə keçirilib.
1945 – 1946-cı illərdə Bakı kinostudiyasında,
1948-ci ildə «Bakı» kinoteatrında,
1949 – 1972-ci illərdə Bakıdakı Nizami adına kinoteatrda kinomexanik işləyib.
Təltif və mükafatları
- "Əmək igidliyinə görə" medalı (20.11.1967).
Vəfatı
27 may 2000-ci il tarixdə – 87 yaşında, Bakıda vəfat edib.
Digər
2010-cu ildə Nailə Bədəlova haqqında məqalə dərc olunmuş bir jurnal və bir qəzet, Nailə Bədəlovanın təltif olunduğu 2 fəxri fərmanın özü və bir medalın vəsiqəsi, Nailə Bədəlovanın 1 fotoşəkli, kinomexanik vəsiqəsi, kinostudiyaya buraxılış vəsiqəsi Nailə Bədəlovanın qızı Sevinc Bədalova tərəfindən Azərbaycan Dövlət Film Fonduna təhvil verilib.
Nailə Bədəlova Azərbaycan sovet sənədli filmlər rejissoru Niyazi Bədəlovun (1909–1997) qardaşının həyat yoldaşıdır.
Ədəbiyyat
- (Nailə Bədəlova haqqında məqalə) // Bakı : qəzet. — 1965. — В. 20 may.
- (Nailə Bədəlova haqqında məqalə) // Təşviqatçı : jurnal. — 1967. — В. noyabr.
- Azərbaycanın ilk qadın kino-mexaniki Nailə Bədəlovanın və kinoşünas Arzu Bağırovun şəxsi arxiv materialları Dövlət Film Fonduna təqdim edilib // APA. — 2010. — 15 iyul. — Müraciət tarixi: 20.09.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış kino xadimləri
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1913-cü ildə doğulanlar
- 8 martda doğulanlar
- Martda doğulanlar
- 27 mayda vəfat edənlər
- Mayda vəfat edənlər
- 2000-ci ildə vəfat edənlər
- SSRİ-nin "Əmək igidliyinə görə" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə