Nadir Ələkbərov
Jump to navigation
Jump to search
Nadir Ələkbərov | |
---|---|
Ələkbərov Nadir Əlihüseyn oğlu | |
Nadir Ələkbərov. | |
Doğum tarixi | 5 noyabr 1940 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | ≈ 5 fevral 2018 |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | kimya elmləri namizədi |
Elmi adı | dosent |
Nadir Ələkbərov (1940–2018) — kimya elmləri namizədi, dosent, AMEA Polimer Materialları İnstitutunun laboratoriya müdiri.
Haqqında məlumatlar
5 oktyabr 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Elmi fəaliyyəti
“5,5-dialkoksitetraxlortsiklopentadienlərin sis- və trans-4-tsikloheksen-1,2-dikarbon turşuları ilə kondesləşməsi reaksiyasının stereokimyası və alınmış adduktların bəzi çevrilmələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
13-ü xaricdə olmaqla çapdan çıxmış 82 elmi əsərin müəllifidir. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 20-dir.
Bir elmlər namizədinin elmi rəhbəri olub.
Əmək fəaliyyəti
Sumqayıtda AMEA Polimer Materialları İnstitutunun laboratoriya müdiri idi.
Vəfatı
5 fevral 2018-ci il tarixdə – 78 yaşında, vəfat edib.
Ədəbiyyat
- Polimer Materialları İnstitutunun fəlsəfə doktorları : Ələkbərov Nadir Əlihüseyn oğlu : [arx. 07.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 07.10.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |