Nuri Berköz
Məhəmmədnuru Berköz | |
---|---|
Berköz Məhəmmədnuru Hacı İlyas oğlu Sarıkərimli türk.: Mehmet Nuri Berköz | |
Məhəmmədnuru Berköz | |
Məhəmmədnuru Berköz. | |
Doğum tarixi | 1889 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 16 yanvar 1975 (86 yaşında) |
Vəfat yeri | Türkiyə |
Vətəndaşlıq | Rusiya İmperiyası→ Osmanlı dövləti→ Türkiyə |
Mənsubiyyəti | Türkiyə Silahlı Qüvvələri |
Uşağı | Sina Berköz |
Atası | Hacı İlyas Sarıkərimli |
Həyat yoldaşı | Ulviye Berköz |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları, Türkiyə |
Xidmət illəri | 1912 – 1950 |
Rütbə | general-polkovnik |
İstefada | 1950 |
Məhəmmədnuru Berköz (1889–1975) — türk hərbçisi, Türkiyə Hərbi Qüvvələrinin general-polkovniki.
Haqqında məlumatlar
1889-cu ildə Nuxada (indiki Şəki) anadan olub.
1905-ci ildə ailəsi ilə Türkiyəyə köçüb.
Təhsili
1905-ci ilədək Nuxa rus-tatar məktəbində və Nuxa gimnaziyasında təhsil alıb.
1905-ci ildən sonra Bursa hərbi məktəbini (Rüşdiyyə) və “İşıqlar” hərbi liseyini bitirib.
1909 – 1912-ci illərdə İstanbul hərbi akademiyasında təhsil alıb.
1919 – 1925-ci illərdə fasilə ilə Osmanlı ordusunun Baş Qərargah Akademiyasında təhsil alıb.
Hərbçi və əmək fəaliyyəti
1915-ci ildə xüsusi tapşırıqla Türkiyədən Şimali İrana,
1916-cı ildə Danimarka və İsveçə göndərilib.
1917-ci ildə Osmanlı hərbi heyəti tərkibində isə Rusiyaya göndərilib. Rusiyada Birinci dünya müharibəsində əsir düşmüş türk zabit və əsgərlərinin yerini müəyyən etmək və onları rus hərbiçiləri ilə dəyişərək Türkiyəyə göndərməklə məşğul olub.
1927-ci ildən Ankara Milli Təhlükəsizlik Kəşfiyyat şöbəsinin
1930-cu ildən Ankara Baş Qərargah Kəşfiyyat şöbəsinin müdiri,
1936 – 1937-ci illərdə Türkiyənin Moskvadakı hərbi attaşesi vəzifəsində çalışıb.
İkinci dünya müharibəsi illərində Türkiyənin SSRİ ilə sərhəd zonasında yerləşən diviziyalar qrupunun komandanı,
1947-ci ildən Türkiyə Hərbi Qüvvələri Baş qərargah rəisinin əməliyyat məsələləri üzrə müavini,
1949-cu ildən Türkiyə jandarmeriyasının baş komandanı olub.
1950-ci ilin iyulunda Türkiyədə keçirilən hərbi islahatlar nəticəsində istefaya göndərilib.
Hərbi rütbələri
1925-ci ildə mayor,
1930 ildə polkovnik,
1939-cu ildə general-mayor,
1941 ildə isə general-leytenant,
1946-cı ildə general-polkovnik rütbəsi alıb.
Təltif və mükafatları
- “Hərb” medalı (Türkiyə);
- Gümüş “Ləyaqət” medalı (Türkiyə);
- “İstiqlal” medalı (Türkiyə).
Digər
Rus, fransız və isveç dillərini bilirdi.
1933 ildə Türkiyəyə səfər etmiş sovet nümayəndə heyəti ilə keçirilən danışıqlarda Atatürkün tərcüməçisi olub.
Hərb taktikası və tarixinə dair bir sıra kitabı türkcəyə tərcümə edib. Hərbi, siyasi və strateji məsələlərə həsr olunmuş çoxsaylı məqalələrin müəllifidir.
Türkiyə Hərbi Qüvvələrinin general-polkovniki Mahmud Berközün qardaşıdır.
Türk memarı, professor və elm adamı Sina Berközün atasıdır.
Vəfatı
16 yanvar 1975-ci il tarixdə – 86 yaşında, İstanbulda vəfat edib.
Ədəbiyyat
- Bərköz Məhəmməd Nuri Hacı ismayıl oğlu Sarıkərimli // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. —VI c. — Səh. 596-597. — ISBN 978-9952-441-11-6.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış hərbçilər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1889-cu ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 16 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 1975-ci ildə vəfat edənlər
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə