Nurməmməd Məmmədov
Nurməmməd Məmmədov | |
---|---|
Məmmədov Nurməmməd Yaşar oğlu | |
Nurməmməd Məmmədov ANS televiziyasının “İqtisadi forum” verilişində çıxış edərkən (11.12.2011) | |
Doğum tarixi | 7 sentyabr 1951 | (70 yaş)
Doğum yeri | Baş Zəyzid, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Azərbaycan Memarlıq və İnşaat Universiteti, |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili | Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, inşaat fakültəsi (1968–1973) |
Həyat yoldaşı | Məmmədova Məlahət Əziz qızı |
Nurməmməd Məmmədov — texnika elmləri namizədi, dosent, Azərbaycan Memarlıq və İnşaat Universitetin mühəndis sistemləri və qurğuları kafedrasının müdiri.
Haqqında məlumatlar
7 sentyabr 1951-ci il tarixdə Nuxa (indiki Şəki) rayonu Baş Zəyzid kəndində anadan olub.
Təhsili
1958 – 1966-cı illərdə Baş Zəyzid kənd səkkizillik məktəbində,
1966 – 1968-ci illərdə Orta Zəyzid kənd orta məktəbində
1968 – 1973-cü illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti
1985-ci ilin may ayında V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunda (indiki Moskva Dövlət İnşaat Universiteti) “İqlim göstəricilərinə görə qaz tələbatı rejimlərinin proqnoz edilməsi” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi alıb.
Dünyanın bir sıra ölkələrində (Türkiyə, Almaniya, Fransa, İtaliya, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və s.) enerji səmərəliliyinə həsr olunmuş beynəlxalq seminar və konfranslarda məruzələrlə çıxış edib.
Yerli və nüfuzlu beynəlxalq jurnallarda çap olunmuş 210 elmi əsərin, o cümlədən 9 dərslik və 12 dərs vəsaitinin müəllifidir.
Əmək fəaliyyəti
1973 – 1975-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun,
1975 – 1977-ci illərdə, yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun birləşmiş qazanxanasının növbə rəisi vəzifəsində işləyib.
22 sentyabr 1977-ci ildə müsabiqə yolu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İstilik-qaz təchizatı və ventilyasiya kafedrasında assistent vəzifəsinə seçilib.
1993 – 2013-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin istilik-qaz təchizatı və ventilyasiya kafedrasında əvvəlcə baş müəllim, sonra isə dosent vəzifəsində çalışıb.
1994 – 2001-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin sanitariya texnikası fakültəsinin dekanı olub.
2013-cü ilin may ayından istilik-qaz təchizatı və ventilyasiya kafedrasının ictimai əsaslarla müdir əvəzi vəzifəsində çalışıb.
2014-cü ilin mart ayında müsabiqə yolu ilə həmin kafedranın müdiri vəzifəsinə seçilib.
2016-cı ilin sentyabr ayından yeni yaradılan mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiridir.
Digər
BMT-nin enerji səmərəliliyi və alternativ bərpa olunan enerji mənbələri üzrə milli ekspertidir.
Azərbaycanda enerji səmərəliliyi və enerji auditi sahəsində yerinə yetirilən 5 beynəlxalq layihənin koordinatoru və icraçısı olub.
Azərbaycan Respublikası Energetika Nazirliyinin Elmi şurasının üzvüdür.
Beynəlxalq Ekoenergetika və Beynəlxalq Kadrlar Akademiyalarının professorudur.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin elmi şurasının və “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun Elmi-Texniki Şurasının üzvüdür.
Ailəsi
Ailəlidir. İki övladı və altı nəvəsi var.
- Həyat yoldaşı: Məmmədova Məlahət Əziz qızı Azərbaycan Texniki Universitetinin baş müəllimidir.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Məmmədov Nurməmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 396-397. — 1.000 nüsx.
- Miriyev A. Günəş enerjisindən istifadənin yeni layihəsi hazırlanıb // Palitra : qəzet. — Bakı, 2009. — В. 23 dekabr. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 3 noyabr 2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |