Çayqaraqoyunlu
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:Ç{{YM |ad = Çayqaraqoyunlu |xəritə = Seki.PNG |xəritə miqyas = 200px |xəritə məlumat = Şəki rayonu |xə...' ilə yarat) tərəfindən edilmiş 17:14, 17 mart 2020 tarixli dəyişiklik
Yaşayış məntəqəsi
Çayqaraqoyunlu
|
Çayqaraqoyunlu — Azərbaycan Respublikasının Şəki rayonunun Sucma inzibati ərazi vahidində kənd.
Tarixi
İncəçayın sahilində, dağətəyi düzənlikdədir. Etnotoponimdir.
Vaxtilə bu ərazidə maldarlıqla məşğul olan qaraqoyunlu tayfasının səkkiz yatağı olmuşdur. 19-cu əsrin ortalarında qaraqoyunlular bu yataqlarda yaşayış məntəqələrinin əsasını qoymuşlar.
"Çay" və "qaraqoyunlu" komponentlərindən düzəlmiş toponim "çay kənarındakı Qaraqoyunlu kəndi" mənasındadır.[2]
Əhalisi
Kəndin əhalisi 1705 nəfər təşkil edir ki, onun da 832 nəfəri kişi, 873 nəfəri isə qadındır.
Kənddəki yer adları
Bulaqlar
- Kamil bulağı
- Qarağac suyu
Dağlar
- Sarı dağ
- Uzun dağ
Dərələr
- Ayı su içən dərə
- Böyük dərə
- Qaraqoyunlu dərəsi
- Yavulqan dərəsi
- Hürüqaçan dərəsi
- Əyri dərə
- Narlıca dərəsi
- Ölü dərə
Qayalar
- Səs verən qaya / Səsli qaya
Təpələr
- Quzğun təpə
- Qulaqlı təpə
- Şiş təpə
Düzlər
- Bayan düzü
- Böyük taxta düzü
Nüylər
- İydəli nüy
- Palıdlı nüy
İstinadlar
- ↑ Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.