İradə Rövşən
İradə Rövşən | |
---|---|
Doğum tarixi | 15 may 1968 |
Doğum yeri |
SSRİ Azərbaycan SSR, Zaqatala şəhəri |
Vəfat tarixi | 30 sentyabr 2014 (46 yaşında) |
Vəfat yeri | Azərbaycan→Şəki şəhəri |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | Memarlıq |
İş yeri | Azərbaycan MEA AMEA Şəki Regional Elmi Mərkəzi |
Elmi dərəcəsi | Memarlıq üzrə fəlsəfə doktoru |
Elmi adı | Laboratoriya rəhbəri |
Təhsili | Azərbaycan Memarlıq və İnşaat Universiteti, Memarlıq fakültəsi |
Mükafatları | Şəki Şəhər İcra Hakimiyyətinin "ilin adamı" mükafatı (2008), AMEA-nın Fəxri Fərmanı (2012) |
İradə Rövşən (İradə Rövşən; d. 15 may 1968, Zaqatala, Azərbaycan SSR, SSRİ – ö. 30 sentyabr 2014-cü il) — azərbaycanlı memar-alim, Azərbaycan Memarlar İttifaqının üzvü və AMEA Şəki Regional Elmi Mərkəzinin folklorşünaslıq və el sənətləri laboratoriyasının rəhbəri idi.
Həyatı
İradə Rövşən qızı Abdullayeva (Məmmədova) 15 may 1968-ci il tarixdə Zaqatala şəhərində anadan olmuşdu.
1975 – 1985-ci illərdə Zaqatala şəhərindəki 2 saylı rus orta məktəbində orta təhsil alıb.
X sinifdə oxuyanda həm də Leninqrad (İndiki Sankt-Peterburq) Mühəndis-İnşaat İnstitutunun hazırlıq kursunu qiyabi bitirib.
Orta məktəbi qurtardıqdan sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olub və 1990-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib.
1991 – 1998-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzində laborant, baş laborant və kiçik elmi işçi vəzifələrində çalışıb.
1998 – 2004-cü illərdə Sankt-Peterburq şəhərində yaşayıb və işləyib.
2004-cü ildə yenidən Şəkiyə qayıdıb və AMEA Şəki Regional Elmi Mərkəzində əvvəlki işinə bərpa edilib.
2007-ci ildə memarlıq elmləri nmizədi elmi dərəcəsi aldıqdan sonra AMEA Şəki Regional Elmi Mərkəzin elmi katıb təyin edilmiş və 2013-cü ilədək bu vəzifəni icra etmişdir. 2014-cü ilədək – ömrünün sonunadək, orada işləyib.
Elmi fəaliyyəti
2007-ci il dekabrın 25-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin ixtisaslaşdırılmış Elmi Şurasında “Şəki yaşayış evlərinin interyeri” mövzusunda dissertasiya müdafıə edərək memarlıq elmləri namizədi (memarlıq üzrə fəlsəfə doktoru) elmi dərəcəsi alıb. 2013-cü ildən ömrünün son günlərinədək isə Mərkəzdə Folklorşünaslıq və El Sənətləri laboratoriyasının rəhbəri olmuşdur.
2008-ci ildə İradə Rövşənin “Şəki yaşayış evlərinin interyeri (XVIII əsrin axırı-XX əsrin əvvəlləri)” kitabı çapdan çıxmışdır. Eyni zamanda, İradə xanımın işlədiyi müddətdə respublikamızda, eləcə də xarici ölkələrdə çoxsaylı elmi məqalələri dərc olunmuşdur.
İradə Rövşən təkcə yiyələndiyi ixtisas olan memarlıqla maraqlanmırdı, O, həm də yaxşı folklorşünas idi, məhz buna görə də Şəki Regional Elmi Mərkəzinin Folklorşünaslıq və el sənətləri laboratotiyasına rəhbərliik ona həvalə edilmişdi. Milli folklorumuzla bağlı onun fikirləri uzun illər folklorla məşğul olan mütəxəssislərin belə təəccübünə səbəb olurdu. Mərkəzdə memarlıq və folklorşünaslıq haqqında dərc edilən bütün kitablarda İradə xanımın əməyi özünü büruzə verirdi. Vaxtaşırı Onun respublikamızda və ölkəmizin hüdudlarından xaricdə çap olunan məqalələri hamının marağına səbəb olurdu. İradə Rövşən yerli mətbuat orqanı Şəki bələdiyyəsi (qəzet)i ilə uzun müddət əməkdaşlıq etmiş, qəzetin bütün saylarında çap olunan elmi-puplisistik məqalələri ilə oxucuların böyük rəğbətini qazanmışdır.
Əsas elmi nailiyyətləri
- “Şəki yaşayış evlərinin interyeri (XVIII əsrin sonu XIX əsrin əvvəlləri)” Bakı: “Elm”, 2008.- 152 s.(Kitab - Azərbaycan və rus dillərində)
- "Balakən-Şəki bölgəsinin folklor və el sənətləri nümunələrinin toplanması və tədqiqi."
Mükafatları
- 2008-ci ildə İradə Rövşən Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən elmin inkişafına göstərdiyi xidmətlərə görə “İlin qalibi” adına layiq görülmüşdür.
- 2012-ci ildə Şəki Regional Elmi Mərkəzinin 40-illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən “Fəxri fərmanla” təltif olunmuşdur.
Elmi əsərləri
- Интерьер народного жилья г. Шеки, значение его традиций в формировании личности человека. Баку, Урбанизм. №8, 2005, с. 127-133.
- Блеск родного стиля. Известия педагогического университета №2; Баку, АГПУ, 2005, с. 440-446.
- Дом-музей М.Ф. Ахундова. Memarlıq, şəhersalma tarixi və berpası. ŞBMA. Баку, toplu № 5, c. 105-109.
- Из прошлого в настоящее. Tedqiqler.: № 1, Баку, 2005, с. 329-336.
- О бухаре, меджвеи и подносах. Tedqiqler.: №3, Баку, 2004, с. 285-290.
- Еще раз заглянем в зеркала. Фольклор и этнография.: 2004, № 03, с. 28-31.
- Джеджим. Elm ve həyat.: № 6, Баку, 2004, с. 33-34.
- İki əsrin yadigarı. Elm və həyat.: № 1-1, Bakı, 2002, səh. 20-21.
- Об интерьере жилых домов города Шеки. Фольклор и этнография.: Баку, 2004, № 04, стр. 67-71.
- Вышивка «тякалдуз» в интерьере шекинского жилья. Фольклор и этнография.: Баку, 2005, № 02, с. 64-69.
- Güzgülərə bir də baxaq. Qobustan.: Bakı, № 2, 2005, с. 38-40.
- Дом усты Юсифа Гаджи Лятиф оглы. Урбанизм. Баку.
- Şəkinin qədim və çağdaş həyət hasarları, darvazaları. Folklor və Etnoqrafiya.:2008, № 3-4, səh. 82-88.
- Şəki. Gələrsən-görərsən.: 2008,
- Tarixi yaradan və yaşadan daşlar. Folklor və Etnoqrafiya.:2009, № 2, səh. 53-58.
- Dahilərin ömür yolu (oçerklər, xatirələr). Tərtibçilər: Zəkəriyyə Əlizadə, İradə Rövşən. Bakı: “Elm və təhsil”, 2010, 416 səh.
- Canlı muzeylər. Folklor və Etnoqrafiya.:2011, № 02, səh. 22-26
- Şəki özü bir memarlıq abidəsidir. Folklor və Etnoqrafiya.:2012, № 01, səh. 61-66
- Şəki. Qobustan.: Bakı, № 1, 2012
- Градостроительство и архитектура г.Шеки в период развития шелководства (XVIII-XX в.в.). Фундаментальные и прикладные проблемы науки. М.: РАН, 2012 г.
- Şəki Regional Elmi Mərkəzi: tarixə çevrilən 40 il. “Apostroff”, Bakı-2012. (kitabın həmmüəllifi)
Elmi məqalələri
- «Bədii-estetik təfəkkurun formalaşmasi vacibdir» – “Şəki fəhləsi”. qəzeti. № 78(10,747) 1991.
- «Memarliq ənənələrini davam etdirək» – “Şəki fəhləsi” qazeti. 23.02.1991.
- «Cecim» – Elm və həyat.:Bakı, №6, 2004.
- «Блеск родного стиля». – Pedaqoji Universitetin Xəbərləri №2; Bakı, ADPU, 2005.
- "Şəki Bələdiyyəsi" qəzetində dərc olunmuş elmi-publisistik məqalələri
Mənbə
İstinadlar
Xarici keçidlər
- İ
- 1968-ci ildə doğulanlar
- 15 mayda doğulanlar
- Mayda doğulanlar
- 30 sentyabrda vəfat edənlər
- Sentyabrda vəfat edənlər
- 2014-cü ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- Azərbaycan alimləri
- Zaqatalada doğulanlar
- Azərbaycanlı alimlər
- Şəkidə vəfat edənlər
- Azərbaycan memarları
- Azərbaycan memarlıq tarixçiləri
- Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunları
- Memarlıq üzrə fəlsəfə doktorları