Rəsul Rəsullu

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎Təhsili) tərəfindən edilmiş 16:20, 29 sentyabr 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rəsul Rəsullu
Rəsullu Rəsul Yusif oğlu
Rəsul Rəsullu
Rəsul Rəsullu.
Doğum tarixi 10 sentyabr 1908(1908-09-10)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 30 aprel 1962 (53 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
İş yeri Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (dosenti)
Elmi dərəcəsi filologiya elmləri namizədi
Elmi adı dosent
Təhsili

 • Bakı Pedaqoji Texnikumu (1924–1927)

 • Azərbaycan Pedaqoji İnstitutu (1936–1940)
Evladları Xəyyam[qeyd 1], Mayıs, Yaşar
Mükafatları "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı
"Əməkdə fərqlənməyə görə" medalı"Qafqazın müdafiəsinə görə" medalı

Rəsul Rəsullu (1908–1962) — filologiya elmləri namizədi, Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dosenti, Azərbaycan SSR əməkdar müəllimi.

Haqqında məlumatlar

10 sentyabr 1908-ci il tarixdə Nuxada (indiki Şəki) fəhlə ailəsində anadan olub.

Təhsili

1921 – 1924-cü illərdə Nuxada orta məktəbdə,

1924 – 1927-ci illərdə Bakı Seminariyasında,

1936 – 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1927 – 1929-cu illərdə Zaqatala qəzasının İlisu kəndində müəllim,

1929 – 1930-cu illərdə Zaqatala-Şəki mahalı maarif şöbəsində inspektor vəzifəsində çalışıb.

1931 – 1936-cı illərdə Nuxadakı bir çox məktəb və texnikumlarda müəllimlik etməklə yanaşı,

1933 – 1934-cü illərdə həm də “İpəkçi” qəzetinin redaktoru olub.

1940 – 1953-cü illərdə Nuxa İkiillik Müəllimlər İnstitutunun direktoru,

1953 – 1958-cu illərdə Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun Nuxa filialının direktoru,

1958-ci ildən isə V.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (Bakı) Azərbaycan ədəbiyyatı kafedrasında dosent vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1951-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

Nizami Gəncəvinin 800 illiyinə həsr olunmuş “Ölməz sənətkar” adlı monoqrafiyanın və onlarla elmi məqalənin müəllifidir.

Digər

1925 – 1926-cı illərdə “R.R.” ədəbi imzası ilə “Şəki fəhləsi” qəzetində məqalələri dərc olunub[1].

SSRİ Silahlı Qüvvlərinin əvvəl siyasi rəhbər (rus.: Полити́ческий руководи́тель (сокр. политрук))[2][qeyd 2], sonra isə kapitan[3] hərbi rütbəsinə malik olub.

Nuxa İkiillik Müəllimlər İnstitutunun direktoru vəzifəsində işləyərkən – 1943-cü ilin yanvar ayında, aylıq maaşının 10 faizini müharibə qurtaranadək döyüş maşınlarının düzəldilməsi nəfinə vermək niyyətində olduğunu bəyan etmiş, digər ali məktəb rektorlarını da bu cür hərəkət etməyə çağırmışdır[qeyd 3].

1947-ci ildə Nuxa şəhər üçüncü seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Hal-hazırda yalnız “İpəkçi” qəzeti redaksiyasının arxivində saxlanılan “İpəkçi” qəzetinin 1933–1934-cü illərdə çap olunmuş nüsxələri, vaxtilə, Rəsul Rəsullunun şəxsi arxivində olmuşdur, lakin onun vəfatından sonra – 1960-cı illərdə, ailəsi tərəfindən qəzetin o vaxtkı redaktoru Salis Məmmədova təhvil verilmişdir.

Təltif və mükafatları

Vəfatı

30 aprel 1962-ci il tarixdə – 53 yaşında, uzun sürən xəstəlikdən sonra Nuxada (indiki Şəki) vəfat edib.

Qeydlər

  1. Xəyyam orta məktəb yaşında olarkən – 1955-ci ildə, fəciəvi şəkildə həlak olmuşdur, Qara dənizdə boğulmuşdur.
  2. Syasi rəhbər (rus.: Полити́ческий руководи́тель (сокр. политрук)) hərbi rütbəsi SSRİ Silahlı Qüvvələrində yalnız 1943-cü ilədək mövcud olub.
  3. Böyük Vətən müharibəsinin 40 illiyi münasibəti ilə Azərbaycan KP MK Şəki Şəhər Komitəsi, “Şəki fəhləsi” qəzetinin redaksiyası və "Bilik" cəmiyyəti tərəfindən buraxılmış vərəqədə göstərilir ki,
    " 1943-cü ilin yanvar ayından etibarən Şəkidəki müəllimlər institutunun direktoru Rəsul Rəsullu yoldaş aylıq maaşının 10 faizini müharibə qurtaranadək faşizmə qarşı döyüş maşınları düzəldilməsi nəfinə vermək üçün təşəbbüs qaldırmış və bütün ali məktəb rektorlarını bu cür yardım etməyə çağırmışdı "

İstinadlar

Ədəbiyyat

  1. Расуллы Расул Юсуф-оглы : [arx. 18.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
  2. Расуллы Расул Юсиф-оглы : [arx. 18.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
  3. Rəsul Yusif oğlu Rəsullu (nekroloq) = Рәсул Јусиф оғлу Рәсуллу // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1962. — В. 5 may. — № 52 (6.276). — Səh. 1.
  4. Məmmədli Q. İmzalar. — təkrar (2010). — Azərbaycan Dövlət Nəşriyyatı, 1977. — Səh.: 98. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 12 iyun 2020.
  5. Şükürov R., Orsər R. Rəsullu Rəsul Yusif oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 114-116. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.

Şablon:Yaxşı məqalə