Tələt Qasımov
Tələt Qasımov (1939–1999) — görkəmli dövlət xadimi və tibb işçisi, tibb elmləri namizədi, Azərbaycan SSR əməkdar həkimi, Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci və sabiq səhiyyə naziri.
Haqqında məlumatlar
4 avqust 1939-cu il tarixdə Bakıda anadan olub.
Təhsili
1956-cı ildə Bakı şəhər 6 №-li orta məktəbini bitirib.
1957 – 1963-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində,
1965 – 1967-ci illərdə əvvəl Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun klinik ordinaturasında təhsil alıb.
Elmi fəaliyyəti
1967-ci ildə “Bronxial asma zamanı kliniki-biokimyəvi tədqiqatlar” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Əmək fəaliyyəti
1957 – 1963-cü illərdə institutda təhsil alarkən Bakı şəhər 2 №-li klinik xəstəxanada tibb qardaşı vəzifəsində çalışıb.
1963 – 1965-ci illərdə hərbçi-həkim kimi Sovet Ordusunda (Macarıstanda) xidmət edib.
1967 – 1970-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I hospital terapiya kafedrasında assistent vəzifəsində çalışıb.
1970 – 1974-cü illərdə Azərbaycan LKGİ-nin sədri olub.
1974 – 1978-cu illərdə Azərbaycan KP MK-da işləyib, o cümlədən, 1976 – 1978-ci illərdə elm və təhsil müəssisələri şöbəsinin səhiyyə və sosial təminat sektorunun müdiri olub.
1978 – 1979-cu illərdə Azərbaycan SSR Səhiyyə nazirinin müavini və nazirliyin IV baş idarəsinin rəisi vəzifəsində çalışıb.
1979 – 1992-ci illərdə Azərbaycan SSR-in (1991-ci ilədək) və Azərbaycan Respublikasının (1991-ci ildən) səhiyyə naziri olub.
1992 – 1993-cü illərdə Azərbaycanın Moskvadakı nümayəndəliyində ümumi məsələlər üzrə müşavir vəzifəsində çalışıb.
1992-ci ildən sonra heç yerdə işləməyib.
İctimai-siyasi fəaliyyəti
1957 – 1963-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alarkən institutun komsomol komitəsi katibinin müavini olub.
1965 – 1967-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I hospital terapiya kafedrasında assistent vəzifəsində çalışarkən isə institutun komsomol komitəsinin katibi olub.
1970-ci ildə Azərbaycan LKGİ MK-nın büro üzvü seçilib.
1980 – 1984 və 1985 – 1990-cı illərdə X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Təltif və mükafatları
- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1972) – respublika pioner təşkilatının işində fəal iştirak etdiklərinə, böyüməkdə olan nəslin kommunist tərbiyəsi sahəsində uzun illər səmərəli fəaliyyət göstərdiklərinə görə və V.İ.Lenin adına Ümumittifaq pioner təşkilatının 50 illiyi ilə əlaqədar olaraq[1];
- “Səhiyyə əlaçısı” nişanı (1970);
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı (1970);
- “Şərəf nişanı” ordeni (1981);
- “Azərbaycan SSR əməkdar həkimi” fəxri adı (1989).
Vəfatı
27 fevral 1999-cu il tarixdə – 59 yaşında, Bakıda vəfat edib.
Ailəsi
- Atası: Əli Qasımov, Nuxada anadan olmuş, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışmış, Bakıda tibb məktəbinin müdiri olmuş, 1941-ci ildə könüllü olaraq müharibəyə getmiş, 1942-ci ildə itkin düşmüşdür;
- Anası: Səidə Qasımova (Əbdürəhmanova), Nuxada anadan olmuşdu, həkim idi, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda çalışmışdı. Görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti Fuad Əbdürrəhmanovun əmisi qızı idi.
- Bacısı: Rəna;
- Həyat yoldaşı: Yuliya Qasımova;
- Övladları: Nərminə və Əli Qasımov.
İstinadlar
- ↑ "Respublikanın xalq maarifi və mədəniyyət işçilərinin Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə tətif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1972-ci il tarixli Fərmanı" (PDF). www.anl.az (azərb.). ww.anl.az. 5 Dec 2010 – 16 Jan 2020 tarixində arxivləşdirilib (PDF).
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Касумов Талят Али оглы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 305-306. — 1.000 nüsx.
- Məmmədov N. Tələt Qasımov // Konsilium : jurnal. — 2009. — № 5 may. — Səh. 4 (3 – 15).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- T
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1939-cu ildə doğulanlar
- 4 avqustda doğulanlar
- Avqustda doğulanlar
- 27 fevralda vəfat edənlər
- Fevralda vəfat edənlər
- 1999-cu ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar həkimləri
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- "Şərəf Nişanı" ordeni laureatları
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə