Cövdət Hacıyev
Cövdət Hacıyev | |
---|---|
Hacıyev Əhməd-Cövdət İsmayıl oğlu | |
Fayl:Cövdət Hacıyev 1962-ci ildə.jpg | |
Cövdət Hacıyev, 1962-ci il | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 iyun 1917 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 18 yanvar 2002 (84 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Bakı |
Vətəndaşlığı | SSRİ |
Peşəsi | bəstəkar |
Uşaqları | İsmayıl Hacıyev, Pərvin Muradova-Dilbazi |
|
|
Üslub | simfoniya, opera |
Təhsili | Moskva Konservatoriyası, Azərbaycan Dövlət Konservatoriyası |
Mükafatları |
Cövdət Hacıyev (Hacıyev Əhməd-Cövdət İsmayıl oğlu d. 18 iyun 1917-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 18 yanvar 2003-cü il, Bakı, Azərbaycan Respublikası) —
tanınmış Azərbaycan bəstəkarı, Bakı Musiqi Akademiyasının rektoru və professoru, SSRİ Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, Azərbaycanın xalq artisti.
Haqqında məlumatlar
1917-ci ildə Nuxada anadan olub.
1935 – 1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında,
1938 – 1941-ci və 1946 – 1947-ci illərdə isə Moskva Dövlət Konservatoriyasında təhsil alıb[1].
1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1957 – 1969-cu illərdə konservatoriyanın rektoru vəzifəsində çalışmışdır.
Mükafatları
İki dəfə SSRİ Dövlət mükafatına layiq görülmüş, SSRİ-nin bir çox orden və medalları ilə, o cümlədən Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində Bakıda vəfat edib.
Yaradıcılığı
Azərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C.Hacıyev yaratdığı simfoniyalarda, "Sülh uğrunda" simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirmişdir. Qara Qarayevlə birgə bəstələdiyi "Vətən" operası, kamera-instrumental və fortopiano əsərləri də C.Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli "Simfoniya"nı, iki simfonik poemasını, "Azərbaycan süitası"nı simli kvartet və sair əsərlərini bəstələmişdir. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı "Vətən" operasına görə SSRİ Dövət mükafatına layiq görülmüşdür.
Cövdət Hacıyev ümumilikdə səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə etmişdir. Cövdət Hacıyev həmçinin simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifıdir.
Cövdət Hacıyevin "Zirvələrə" adlanan altıncı və "Şəhidlər" adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. "Şəhidlər" simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub.
Cövdət Hacıyevin "Onu zaman seçib" adlı səkkizinci simfoniyası Azərbaycanın prezidenti Heydər Əliyevə həsr olunub.
Ailəsi
- Həyat yoldaşı: Əminə Dilbazi, məşhur azərbaycanlı rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti;
- Oğlu: İsmayıl Hacıyev, Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar və dirijor;
- Qızı: Pərvin Muradova-Dilbazi, pianoçu, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru.
Xatirəsi
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[2].
Filmoqrafiya
Ədəbiyyat
- Rəşid Şəfəq. "Novator bəstəkar" //Odlar yurdu.- 1993,- 30 yanvar.- № 2-3.- səh. 3.
İstinadlar
- ↑ 1941-ci ildə Almaniyanın SSR-yə hücum etməsi nəticəsində 1941-ci ildən sonra Moskva Dövlət Konservatoriyasında təhsilini yalnız müharibədən sonra davam etdirə bilmiş, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirmişdir
- ↑ president.az (07.02.2017). ""Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında" [[Azərbaycan Respublikası Prezidenti]]nin 7 fevral 2017-ci il tarixli, 2657 nömrəli Sərəncamı" (azərb.). e-qanun.az. İstifadə tarixi: 2018-09-30.
- C
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış alimlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1917-ci ildə doğulanlar
- 18 iyunda doğulanlar
- İyunda doğulanlar
- 18 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 2002-ci ildə vəfat edənlər
- SSRİ dövlət mükafatı laureatları
- Stalin mükafatı laureatları
- Lenin ordeninin kavalerləri
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)