Ələddin Sultanov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 20:21, 5 noyabr 2023 tarixli redaktə
Ələddin Sultanov
Ələddin Sultanov
Ələddin Sultanov
Ələddin Sultanov (22 may 2017).
Doğum tarixi 1 sentyabr 1981 (1981-09-01) (43 yaş)
Doğum yeri Şorsu, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi fəlsəfə, ərəb ədəbiyyatı, dinşünas
Elmi dərəcəsi fəlsəfə üzrə fəlsəfə doktoru
Təhsili

 • Səlcuq Universiteti (Türkiyə), fən-ədəbiyyat fakültəsi, ərəb dili və ədəbiyyatı bölməsi, bakalavriat (2000–2002)

 • İstanbul Universiteti (Türkiyə), ədəbiyyat fakültəsi, ərəb dili və ədəbiyyatı bölməsi, bakalavriat (2000–2002)

 • Səlcuq Universiteti (Türkiyə) Sosial Elmlər İnstitutu, ərəb dili və ədəbiyyatı bölməsi, magistratura (2002–2005)

Ələddin Sultanov — ərəbşünas, dinşünas, fəlsəfə üzrə fəlsəfə doktoru, Zaqatala İslam Kollecinin baş müəllimi və AMEA Şəki Regional Elmi Mərkəzinin tarixi irs və etnoqrafiya şöbəsinin elmi işçisi.

Haqqında məlumatlar

1 sentyabr 1981-ci il tarixdə Şəki rayonunun Şorsu kəndində anadan olub.

Təhsili

1988 – 1997-ci illərdə Şorsu kənd tam orta məktəbində,

1997 – 1998-ci illərdə Şin kənd tam orta məktəbində,

1998 – 2000-ci illərdə Səlcuq Universitetinin (Türkiyə) fən-ədəbiyyat fakültəsinin ərəb dili və ədəbiyyatı bölməsində (bakalavriat),

2000 – 2002-ci illərdə İstanbul Universitetinin (Türkiyə) ədəbiyyat fakültəsinin ərəb dili və ədəbiyyatı bölməsində (bakalavriat),

2002 – 2005-ci illərdə ildə Səlcuq Universitetinin (Türkiyə) Sosial Elmlər İnstitutunun ərəb dili və ədəbiyyatı bölməsində (magistratura) təhsil alıb.

Elmi fəaliyyəti

2007-ci ildə Mərmərə Universitetinin Sosial Elmlər İnstitutunun təfsir bölməsinin doktoranturasına daxil olub.

2017-ci ildə dissertasiya müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

7 elmi məqaləsi və 3 kitabı çap olunub.

Əmək fəaliyyəti

2002 – 2006-cı illərdə Şəki Pedaqoji Texnikumunda ərəb dili fənni üzrə müəllim,

2014 – 2020-ci illərdə Bakı İslam Universitetində təfsir və ərəb dili fənləri üzrə müəllim işləyib.

2020-ci ilin sentyabr ayından Zaqatala İslam Kollecində baş müəllim vəzifəsində çalışır.

25.01.2021-ci il tarixdən AMEA Şəki Regional Elmi Mərkəzinin tarixi irs və etnoqrafiya şöbəsinin elmi işçisidir.

Ailəsi

Evlidir, üç övladı var.

Ədəbiyyat

  1. Sultanov Ələddin Osman : [arx. 12 Sep 2018 - 21 Mar 2023] // AMEA Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 05.11.2023.