Soltan Abdullayev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 17:59, 15 fevral 2024 tarixli redaktə
Soltan Abdullayev
Abdullayev Soltan Məmməd oğlu
Soltan Abdullayev
Soltan Abdullayev, 1980-cı il.
Anadan olub 15 fevral 1930(1930-02-15)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat edib 20 iyun 2002 (72 yaşında)
Vəfat etdiyi yer Şəki, Azərbaycan
Həyat yoldaşı Binyət Abdullayeva
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili

 • Nuxa Kənd Təsərrüfatı Texnikumu (1946–1949)

 • S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (Kirovabad, 1950–1955)

 • Bakı Ali Partiya Məktəbi(az) (1963 – 1965)
Mükafatları "Əmək veteranı" medalı

Soltan Abdullayev (1930–2002) — sovet dövründə Şəkidə partiya və dövlət orqanlarında, həmkarlar təşkilatında və bir sıra təsərrüfat idarələrində məsul vəzifələr tutmuş rəhbər kadr və kənd təssərrüfatı üzrə tanınmış mütəxəssis.

Haqqında məlumatlar

15 fevral 1930-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1946-cı ildə Nuxa şəhər 12 №-li orta məktəbini bitirib.

1946 – 1949-cu illərdə Nuxa Kənd Təsərrüfatı Texnikumunda,

1950 – 1955-ci illərdə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Kirovabad) təhsil alıb.

1963 – 1965-ci illərdə isə Bakı Ali Partiya Məktəbinin(az) dinləyicisi olub.

Əmək fəaliyyəti

1949-cu ildə Nuxa rayonunun Bideyiz kəndində – Nizami adına kolxozda, aqronom,

1955 – 1963-cü illərdə S.M.Kirov adına Qışlaq kolxozunda Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin toxumçu aqronomu, baş aqronom, Daşüz camışçılıq sovxozunda baş aqronom, rayon aqrokimya laboratoriyasının müdiri, Nuxa və Vartaşen rayon Kolxoz-sovxoz Məhəlli İstehsalat İdarəsində baş aqronom və təşkilatçı müfəttiş, Nuxa Şəhər Partiya Komitəsində təlimatçı,

1965 – 1968-ci illərdə Nuxa/Şəki Şəhər Partiya Komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri,

1968 – 1970-ci illərdə Şəki rayon XDS İcraiyyə Komitəsi sədrinin müavini,

1970 – 1973-cü illərdə Azərbaycan KP Şəki Şəhər Komitəsinin katibi,

1974 – 1976-cı illərdə Şəki Şəhər Həmkarlar İttifaqları Şurasının sədri,

1976 – 1985-ci illərdə Şəki rayon XDS İcraiyyə Komitəsində təşkilat şöbəsinin müdiri,

1985 – 1992-ci illərdə Şəki rayon Bitki Mühafizəsi Stansiyasının rəisi,

1992-ci ildən Şəki İpəkçilik İdarəsində aqronom vəzifəsində işləyib.

İctimai fəaliyyəti

  • 1958-ci ildə Moskva şəhərində SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olub.
  • Müxtəlif illərdə Nuxa/Şəki və Vartaşen rayon sovetlərinin deputatı seçilib.
  • 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü və vəfatına qədər keçirilən YAP Şəki təşkilatının bütün konfranslarının nümayəndəsi olub.

Mükafatları

  • ÜİLKGİ MK-nın, Azərbaycan LKGİ MK-nın, Azərbaycan Həmkarlar ittifaqları Mərkəzi Şurasının, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan KP Şəki Şəhər Komitəsinin fəxri fərmanları;
  • “Sosializm yarışının qalibi” döş nişanı;
  • “Əmək veteranı” medalı.

Vəfatı

20 iyun 2002-ci il tarixdə – 72 yaşında, Şəkidə vəfat edib.

Ailəsi