Firəngiz Əlizadə
Firəngiz Əlizadə — tanınmış musiqişünas, bəstəkar və pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri.
Haqqında məlumatlar
28 may 1947-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində təhsil alıb.
1970-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano,
1972-ci ildə isə bəstəkarlıq üzrə professor Q.Qarayevin sinfini bitirib.
Əmək fəaliyyəti
1973 – 1976-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasında Q.Qarayevin rəhbərliyi altında assistent-təcrübəçi,
1976 – 1976-cı illərdə müəllim və baş müəllim,
1990-cı ildən professor vəzifəsini tutub.
1993 – 1998-cı illərdə Mersin Konservatoriyasında (Türkiyə),
1999 – 2006-cı illərdə Berlin İncəsənət Akademiyasında (Almaniya) dərs deyib.
2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının sədridir.
Yaradıcılıq fəaliyyəti
4 operanın və 10 baletin müəllifidir.
Elmi fəaliyyəti
Sənətşünaslıq üzrə fəlsəfə doktoru və professordur.
2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
10 fəlsəfə doktorunun, 12 elmlər doktorunun elmi rəhbəri olub.
Digər
1974-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü,
1979 – 1985-ci və 1990 – 2007-cı illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi olub.
Təltif və mükafatları
- “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı (1990);
- “Azərbaycan Respublikasının xalq artisti” fəxri adı (2000);
- YUNESKO-nun “Sülh artisti” fəxri adı (2007);
- “Şöhrət” ordeni (2007);
- “Uğur” mükafatı (2010);
- “Zirvə” mükafatı (2011);
- AMEA-nın “Üzeyir Hacıbəyli” mükafatı (2016);
- “The First” mükafatı (2017);
- “Şərəf” ordeni (2017);
- “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı (2019).
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu (2022).
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Əlizadə Firəngiz // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 110-112. — 600 nüsx. — ISBN 5-8066-1708-4.;
- Təhmirazqızı S. Firəngiz Əlizadənin sənət dünyasına səyahət // Mədəniyyət : qəzet. — 2010. — В. 28 may. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 12 Jun 2013 - 5 Feb 2020.
- Müxbir üzvlər : Əlizadə Firəngiz Əliağa qızı : [arx. 13.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası 1995 - 2021. — Müraciət tarixi: 13.09.2021.
Filmoqrafiya
- Əbədiyyət yolu (film, 1987)
- Əlaqə (film, 1989)
- Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999)
- Gələcəyin qurucuları (film, 1982)
- Həyat mübarizədir (film, 1987)
- İlk zirvələr (film, 1988)
- İntizar (film, 1986)
- Səfillər (film, 1985)
- Son söz (film, 1981)
- Spartakiadanın startları (film, 1983)
- Şeir mənim üçün bir kainatdır (film, 1984)
- Hüdudsuz muğam aləmi (film, 2009)
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- F
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış pedaqoqlar
- 28 mayda doğulanlar
- Mayda doğulanlar
- 1947-ci ildə doğulanlar
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Azərbaycan Respublikasının xalq artistləri
- Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- "Şərəf" ordeni ilə təltif edilənlər
- "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif edilənlər
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə