Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
18 oktyabr
- Azərbaycan sovet dövlət xadimi və neft sənayesi mütəxəssisi, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar mühəndisi, Sosialist Əməyi Qəhrəmanı Bəxtiyar Məmmədov (1925–1989) 18 oktyabr 1925-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, 1965–1970-ci illərdə Azərbaycan SSR neft hasilatı sənayesi naziri vəzifəaində çalışmışdır.
Şəkil: Bəxtiyar Məmmədov.
|
18 oktyabr
- Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşı, tibb xidməti kapitanı Ceyhun Əhmədxanov (1988–2021) 18 oktyabr 1988-ci il tarixdə Qaradağ rayonunun (Bakı şəhəri) Lökbatan qəsəbəsində anadan olub. O, 30 noyabr 2021-ci il tarixdə Xızı rayonundakı Qaraheybət Aviasiya Poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin helikopteri ilə təlim uçuşlarında iştirak edərkən baş vermiş qəza nəticəsində həlak olub. Əslən Şəki rayonunun Qumux kəndindən idi.
Şəkil: Ceyhun Əhmədxanov.
|
|
18 oktyabr
- Azərbaycan sovet partiya və dövlət xadimi Nurəddin Mustafayev 18 oktyabr 1942-ci il tarixdə Ermənistan SSR-in Basarkeçər rayonunda anadan olub. O, 1983–1989-cu illərdə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi və eyni zamanda Azərbaycan KP MK-nın büro üzvü, həmçinin, 1980–1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin, 1984–1989-cu illərdə isə həm SSRİ Ali Sovetinin və həm də Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.
Şəkil: Nürəddin Mustafayev, 2019-cu il.
|
18 oktyabr
- Tanınmış həkim-cərrah, uşaq cərrahı, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının əməliyyat və rezidentura şöbəsinin müdiri Rauf Quliyev (1953–2024) 18 oktyabr 1953-cü il tarixdə Bakıda anadan olub.
Şəkil: Rauf Quliyev.
|
|
18 oktyabr
- Tanınmış kimyaçı alım, kimya elmləri doktoru, professor, Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun analitik kimya laboratoriyasının rəhbəri İsgəndər Bağbanlı (1894–1974) 18 oktyabr 1894-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, Azərbaycanda analitik kimya məktəbinin yaradıcılarından biri hesab olunur.
Şəkil: İsgəndər Bağbanlı.
|
18 oktyabr
- Tarix üzrə elmlər doktoru, professor, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri İkram Ağasıyev 18 oktyabr 1963-cü il tarixdə Vartaşen rayonunun (hal-hazıərda Şəki rayonunun) Biləcik kəndində anadan olub.
Şəkil: İkram Ağasıyev.
|
|
18 oktyabr
- Tanınmış həkim-pediatr Aydın Qazıyev (1943–2020) 18 oktyabr 2020-ci il tarixdə – 77 yaşında, Şəkidə vəfat edib.
Şəkil: Aydın Qazıyev.
|
|
|
|
|
|
|
|
<<əvvəlki gün 18 oktyabr sonrakı gün>>
Həmçinin, bax:
Xülasə sayı: 7 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)