İkram Ağasıyev
İkram Ağasıyev | |
---|---|
Ağasıyev İkram Kərim oğlu | |
İkram Ağasıyev. | |
Doğum tarixi | 18 oktyabr 1963 |
Doğum yeri | Biləcik, Vartaşen rayonu (hal-hazırda Şəki rayonu)[qeyd 1], Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | tarix |
İş yeri | AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, Azərbaycanın sovet dövrü tarixi şöbəsi (şöbənin müdiri) |
Elmi dərəcəsi | tarix üzrə elmlər doktoru |
Elmi adı | professor |
Təhsili |
• Lutsk Pedaqoji İnstitutu (Ukrayna), tarix fakültəsi (1984–1988) • Volın Dövlət Universiteti (Ukrayna), aspirantura (1992–1995) |
facebook səhifəsi |
İkram Ağasıyev — tarix üzrə elmlər doktoru, professor, AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
18 oktyabr 1963-cü il tarixdə Vartaşen rayonunun (hal-hazırda Şəki rayonunun)[qeyd 1] Biləcik kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1984 – 1988-сi illərdə Lutsk Pedaqoji İnstitutunun (Ukrayna) tarix fakültəsində,
1992 – 1995-сi illərdə Volın Dövlət Universitetinin (Ukrayna) əyani aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1988 – 1992-ci illərdə Volın Diyarşünaslıq Muzeyində (Ukrayna) elmi işçi,
2003 – 2023-сü illərdə AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Qafqaz tarixi şöbəsində əvvəl böyük elmi işçi, sonra aparıcı elmi işçi, daha sonra isə baş elmi işçi vəzifəsində çalışıb.
2023-cü ildən AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiridir.
Pedaqoji fəaliyyəti[redaktə | HTML redaktə]
1995-ci ildən Krasnoyarsk Dövlət Pedaqoji İnstitutunda (Rusiya Federasiyası) əvvəl müəllim, sonra isə dosent vəzifəsində çalışıb.
2003-cü ildən pedaqoji fəaliyyətini Bakı Biznes Universitetində davam etdirir. Həmçinin, paralel olaraq müxtəlif illərdə Bakıdakı digər ali təhsil müəssisələrində müxtəlif fənlərdən dərs deyib.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1999-cu ildə Krasnoyarsk Dövlət Pedaqoji İnstitutunun Dissertasiya Şurasında “Volın Quberniyasında alman koloniyaları (XVIII əsrin sonu–1917-ci ilədək)” mövzusunda namizədlik dissertasiyasını,
2012-ci ildə isə Bakı Dövlət Universitetinin Dissertasiya Şurasında “Qafqazda alman koloniyalarının yaranması və onun regional xüsusiyyətləri (Şimali Qafqaz və Gürcüstanın nümunəsində)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 154-dür (44-ü xaricdə, o cümlədən 5-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla).
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı — 2008-ci ildə yüksək ixtisaslı kadrların hazırlanmasında elmi-pedaqoji fəaliyyətinə görə (2008);
- Alman-Azərbaycan cəmiyyətinin Diplomu — Almaniya-Azərbaycan dostluq ənənələrinin inkişafında xidmətlərinə görə (2009);
- AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Təşəkkürnaməsi — Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Tarix Qurumu ictimai birliyinin iştirakı ilə 2013-cü ildə Bakı şəhərində keçirilmiş “XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri”nə həsr olunmuş beynəlxalq elmi konfransda iştirakına və maraqlı məruzə ilə çıxışına görə (2013).
Ailəsi[redaktə | HTML redaktə]
Ailəlidir, bir qızı və bir oğlu var.
Qeydlər[redaktə | HTML redaktə]
- ↑ 1,0 1,1 4 yanvar 1963-cü il tarixdə Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Агасиев Икрам Керим Оглы : [arx. 01.10.2023] : [rus.] // Известные учёные. — Müraciət tarixi: 01.10.2023.
- Tarix İnstitutunun elmlər doktorları : Ağasiyev İkram Kərim oğlu : [arx. 2 Dec 2021 - 17 Aug 2022] // Azərbaycan Milli Elmlər Akademiyası. — 2010. — 9 mart. — Müraciət tarixi: 01.10.2023.
- İkram Ağasıyev (tərcümeyi-hal).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |