Ellada Axundova
Ellada Axundova | |
---|---|
Axundova Ellada Mirəli qızı | |
Ellada Axundova. | |
Doğum tarixi | 22 oktyabr 1940 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Bakı Dövlət Universiteti, biologiya fakültəsi, genetika və darvinizm kafedrası |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1957–1962) • Azərbaycan SSR EA Genetika və Seleksiya İnstitutu, aspirantura (1962–1964) |
Atası | Mirəli Axundov |
Mükafatları |
Ellada Axundova — tanınmış bioloq-alim, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin genetika və darvinizm kafedrasının professoru.
Haqqında məlumatlar
22 oktyabr 1940-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1957-ci ildə Bakı şəhər 189 №-li orta məktəbi bitirib.
1957 – 1962-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində,
1962 – 1964-cü illərdə isə Azərbaycan SSR EA Genetika və Seleksiya İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1967 – 1987 illərdə Azərbaycan SSR EA-nın Genetika və Seleksiya İnstitutunda baş elmi işçi,
1987 – 1988 illərdə «Üzüm və tut bitkisinin genetikası və seleksiyası» şöbəsinin müdiri vəzifəsində çalışıb.
1988-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin/Bakı Dövlət Universitetinin biologiya fakültəsinin genetika və darvinizm kafedrasının professorudur; genetika, təkamül təlimi, immun genetikası, somatik hüceyrələrin genetikası və təkamül genetikası fənləri üzrə dərslərini aparır.
Elmi fəaliyyəti
1966-cı ildə namizədlik dissertasiyasını,
1986-cı ildə doktorluq dissertasiyasını müdafiə edib.
114 məqalə və tezis, 1 monoqrafiya, 2 kitabın müəllifidir.
Üç elmlər namizədi yetişdirmişdir.
Kitabları
- Poliploidiya və DNT (monoqrafiya, rus), «Elm», 1983, 107 s.
- Ekoloji genetika. Dərs vəsaiti, «Təhsil», 2004, 2006, 263 s.
Mükafatları
Sov.İKP Mərkəzi Komitəsinin SSRİ Nazirlər Sovetinin Mərkəzi Həmkarlar Təşkilatının Fəxri Fərmanı, Bakı Dövlət Universitetinin Fəxri Fərmanları ilə (2000, 2002) təltif edilmişdir.
- “Əmək veteranı” medalı (1988).
Ailəsi
Görkəmli bioloq-alim Mirəli Axundovun qızıdır.
Ailəlidir. İki övladı və dörd nəvəsi var.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Axundova Ellada // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 55-56. — 1.000 nüsx.
- "Prof. Axundova Ellada Mirəli qızı". http://biology.bsu.edu.az/ (azərb.). Bakı Dövlət Universiteti. 7 Jul 2010 – 20 Feb 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- E
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 22 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 1940-cı ildə doğulanlar
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə