Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Elşad Yəhyayev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:54, 20 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Elşad Yəhyayev
Yəhyayev Elşad Məmmədhənifə oğlu
Elşad Yəhyayev
Elşad Yəhyayev, 1990-cı il
Doğum tarixi 5 may 1966(1966-05-05)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 20 iyun 1992 (26 yaşında)
Vəfat yeri Naxçıvanik, Xocalı rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Bakı şəhəri Şəhidlər xiyabanı.
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Respublikasının Silahlı Qüvvələri
Təhsili SSRİ DİN-nin F.E.Dzerjinski adına Saratov Ali Hərbi Qırmızıbayraqlı Komandirlər Məktədi (rus.: Саратовское высшее военное командное Краснознаменное училище им. Ф. Э. Дзержинского МВД СССР)(ru) (1987 – 1991)
Hərbi fəaliyyəti
Qoşun növü Daxili Qoşunlar
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş leytenantı.png baş leytenant
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı

Elşad Yəhyayev (Yəhyayev Elşad Məmmədhənifə oğlu; d. 5 may 1966-cı ildə, Nuxa, Azərbaycan SSR, SSRİ – ö. 20 iyun 1992-ci ildə, Naxçivanik, Xocalı rayonu, Azərbaycan Respublikası) — polis baş leytenantı, Azərbaycan Daxili Qoşunlarının taqım komandiri, Naxçıvanik kəndi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub; ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Haqqında məlumatlar

1966-cı ildə Nuxada anadan olub.

1973-cü ildə Şəkidəki 12 saylı məktəbə gedib.

1977-ci ildə ailəsi ilə Bakıya köçüb.

1983-cü ildə Bakıda 56 №-li orta məktəbi bitirib.

1984 – 1986-cı illərdə hərbi xidmətdə olub.

1987 – 1991-ci illərdə SSRİ DİN-nin F.E.Dzerjinski adına Saratov Ali Hərbi Qırmızıbayraqlı Komandirlər Məktədində (rus.: Саратовское высшее военное командное Краснознаменное училище им. Ф. Э. Дзержинского МВД СССР təhsil alıb.

1991-ci ildə Azərbaycana qayıdır və Azərbaycan Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində tağım komandiri vəzifəsində xidmətə başlayıb. Sırxavənd, Naxçıvanik, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edib. Naxçıvanik kəndində baş vermiş döyüşdə xeyli sayda düşməni məhv edib və ağır itki verən ermənilər geri çəkilməyə məcbur olublar. Lakin elə həmin döyüşdə – 20 iyun 1992-ci il tarixdə, düşmən tərəfin snayperi tərəfindən vurulub və döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub. Bakıda – Şəhidlər xiyabanında dəfn edilib.

Ölümündən sonra – 8 oktyabr 1992-ci il tarixdə, ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Vaxtilə təhsil aldığı Şəki şəhər 12 Saylı Tam Orta Məktəb və Bakı şəhər 56 saylı Tam Orta Məktəb indi onun adını daşıyır, Bakı şəhər 56 saylı Tam Orta Məktəbdin qarşısında indi onun büstü var.

Ədəbiyyat

Qaffarov A., Əmrahov M., İsmayılova G., Mirzəyeva S., Salamov A., Paşayev İ., Süleymanov B., Həmidli T. Polis baş leytenantı Elşad Yəhyayev // Şəki qartalları / M.İ.Əmrahov . — Bakı: “Hüquq ədəbiyyatı”. — Səhifələrin sayı:  424. — Səh.: 14 – 16. — (Ş 4702060206–001/h 062–98).

Həmçinin, bax: