Akif Salam
Akif Salam | |
---|---|
Salamov Akif Salam oğlu | |
![]() | |
Akif Salam, 1990-cı il. |
Akif Salam — Azərbaycan Respublikasının əməkdar jurnalisti, “Şəki” qəzetinin baş redaktoru.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
24 iyul 1950-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiçik Dəhnə kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1957 – 1967-ci illərdə Kiçik Dəhnə kənd orta məktəbində,
1967 – 1972-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində,
1983 – 1986-cı illərdə isə Bakı Ali Partiya Məktəbində təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1972-ci ildən “Şəki fəhləsi”/“Şəki” qəzetinin redaksiyasında işləyir; o cümlədən, əvvəlcə ədəbi işçi, sonra şöbə müdiri, məsul katib, redaktor müavini vəzifəsində çalışıb.
1992-cı ilin avqust ayından isə redaktor olub.
İkinci iş yerləri[Vizual/Mobil redaktə | HTML redaktə]
Müxtəlif illərdə “Azərbaycan gəncləri” və “Naxçıvan” qəzetlərinin, AZƏRTAC və SİA informasiya agentciklərinin Şəki-Zaqatala bölgəsi üzrə xüsusi müxbiri, Şəki Texniki Kollecində müəllim, “Bilik” Maarifçilik Cəmiyyətinin mühazirəçisi,
2010 – 2023-cü ilə kimi Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyevin köməkçisi vəzifəsində çalışıb.
Digər[Vizual/Mobil redaktə | HTML redaktə]
Uzun müddət “Şəki fəhləsi”/“Şəki” qəzetinin nəzdində fəaliyyət göstərən “Səbuhi” ədəbi məclisinə rəhbərlik edib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- Ümumittifaq LKGİ-nın Ulyana Qromova adına mükafatı;
- “Qızıl qələm” mükafatı;
- “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adı (2015).
- “Tərəqqi” medalı (2020).
İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
YAP üzvüdür.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailəlidir, altı övladı var.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Orsər R. Akif Salam // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 531-534. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
Bildiriş[HTML redaktə]
...
...