Elşad Yəhyayev
Elşad Yəhyayev | |
---|---|
Yəhyayev Elşad Məmmədhənifə oğlu | |
Elşad Yəhyayev, 1990-cı il | |
Doğum tarixi | 5 may 1966 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 20 iyun 1992 (26 yaşında) |
Vəfat yeri | Naxçıvanik, Xocalı rayonu, Azərbaycan |
Dəfn yeri | Bakı şəhəri Şəhidlər xiyabanı. |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Mənsubiyyəti | Azərbaycan Respublikasının Silahlı Qüvvələri |
Təhsili | SSRİ DİN-nin F.E.Dzerjinski adına Saratov Qırmızıbayraqlı Komandirlər Ali Hərbi Məktədi(ru) (rus.: Саратовское высшее военное командное Краснознаменное училище им. Ф.Э.Дзержинского МВД СССР) (1987 – 1991) |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Daxili Qoşunlar |
Rütbə | baş leytenant |
Döyüşlər | Sırxavənd, Naxçıvanik, Papravənd |
Təltifləri |
Elşad Yəhyayev (Yəhyayev Elşad Məmmədhənifə oğlu; d. 5 may 1966-cı ildə, Nuxa, Azərbaycan SSR, SSRİ – ö. 20 iyun 1992-ci ildə, Naxçivanik, Xocalı rayonu, Azərbaycan Respublikası) — polis baş leytenantı, Azərbaycan Daxili Qoşunlarının taqım komandiri, Naxçıvanik kəndi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub; ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Haqqında məlumatlar
1966-cı ildə Nuxada anadan olub.
1973-cü ildə Şəkidəki 12 saylı məktəbə gedib.
1977-ci ildə ailəsi ilə Bakıya köçüb.
1983-cü ildə Bakıda 56 №-li orta məktəbi bitirib.
1984 – 1986-cı illərdə hərbi xidmətdə olub.
1987 – 1991-ci illərdə SSRİ DİN-nin F.E.Dzerjinski adına Saratov Qırmızıbayraqlı Komandirlər Ali Hərbi Məktədində(ru) (rus.: Саратовское высшее военное командное Краснознаменное училище им. Ф.Э.Дзержинского МВД СССР) təhsil alıb.
1991-ci ildə Azərbaycan Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində tağım komandiri vəzifəsində xidmətə başlayıb. Sırxavənd, Naxçıvanik, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edib. Naxçıvanik kəndində baş vermiş döyüşdə xeyli sayda düşməni məhv edib və ağır itki verən ermənilər geri çəkilməyə məcbur olublar. Lakin elə həmin döyüşdə – 20 iyun 1992-ci il tarixdə, düşmən tərəfin snayperi tərəfindən vurulub və döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub. Bakı şəhidlər xiyabanında dəfn edilib.
Ölümündən sonra – 8 oktyabr 1992-ci il tarixdə, ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Vaxtilə təhsil aldığı Bakı şəhər 56 saylı Tam Orta Məktəb indi onun adını daşıyır və həmin məktəbin qarşısında onun büstü var.
Ədəbiyyat
Qaffarov A., Əmrahov M., İsmayılova G., Mirzəyeva S., Salamov A., Paşayev İ., Süleymanov B., Həmidli T. Polis baş leytenantı Elşad Yəhyayev // Şəki qartalları / M.İ.Əmrahov . — Bakı: “Hüquq ədəbiyyatı”. — Səhifələrin sayı: 424. — Səh.: 14 – 16. — (Ş 4702060206–001/h 062–98).