Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Hacı İsmayıl Əhmədov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:46, 4 avqust 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Hacı İsmayıl Əhmədov
Əhmədov Hacı İsmayıl Hacı Qədir oğlu
Fayl:Haci Ismayil3.jpg
Hacı İsmayıl Əhmədov
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini – müfti
1969 — 1986
Şəxsi məlumatlar
Doğum tarixi 1907(1907-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1986(1986-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşağı Əhməd-Cabir Əhmədov Ələkbər Əhmədov
Təhsili Nuxa mədrəsəsi, 1923 – 1930
Təltifləri II dərəcəli "Vətən Müharibəsi" ordeni"İgidliyə görə" medalı"Döyüş xidmətlərinə görə" medalı"Stalinqradın müdafiəsinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"Əmək igidliyinə görə" medalı"Əməkdə fərqlənməyə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı

Hacı İsmayıl (Əhmədov Hacı İsmayıl Hacı Qədir oğlu; d. 1907-ci ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 1986-cı ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – din xadimi, 1969 – 1986-ci illərdə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini (müfti) olub.

Haqqında məlumatlar

1907-ci ildə Nuxada anadan olub.

Təhsili

1915 − 1930-cu illərdə Nuxada əvvəl ibtidai məktəbdə (1818-ci ilədək), sonra orta məktəbdə, daha sonra mədrəsədə (1923 − 1930) təhsil alıb.

İş yerləri

1945 – 1967-ci illərdə Nuxa şəhər məişət xidməti kombinatında bərbər işləyib.

1967 – 1969-cu Bakıdakı Əjdərbəy məscidində (Göy məscid) mollalıq edib.

1969 – 1986-ci illərdə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini (müfti) vəzifəsində çalışıb.

Digər

1936-cı ildə ailə həyatı qurub.

1941 – 1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib, orden və medallarla təltif olunub.

1970 və 1973-cü illərdə Həcc ziyarətində olub.

Bir sıra xarici ölkələrə getmiş, bir çox ali müsəlman məclislərində və sülh konfranslarında iştirak etmişdir.

1932-ci ildə yazmış olduğu “Ramazan” adlı bir qəsidəsi ölümündən sonra çap olunub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əhmədov Hacı İsmayıl Hacı Qədir oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 187 – 189. — 1.000 nüsx.
  2. Elbrus Şahmar. Hacı İsmayıl Hacı Qədir oğlu.” Körpü” qəzeti. Yanvar 1992-ci il, № 1(10). səh. 2.
  3. Elbrus Şahmar. Hacı İsmayıl Hacı Qədir oğlu. “Şəhriyar” qəzeti. 08.04.93. Səh.7.
  4. Elbrus Şahmar. “Məhəbbət Allahın əmanətidir” kitabında “Hacı İsmayıl Hacı Qədir oğlu Bakı, 1995, səh.35-38.
  5. “Hacı İsmayıl Hacı Qədir oğlu”. “Azersun” aylıq informasiya bülleteni. Oktyabr, 2004, sayı 17, səh. 8.
  6. “Hacı İsmayıl Hacı Qədir oğlu”. Müəllif Əhməd-Cabir Əhmədov. Azərbaycan Jurnalistlər Birliyinin üzvi. “Gələrsən-Görərsən” ictimai-siyasi, elmi-kütləvi publisistik jurnal. № 4. Səh. 40-42.
  7. Əhmədov Ə.İ. “Hacı İsmayıl 100”. (Hacı İsmayıl Hacı Qədir oğlunun anadan olmasının 100 illiyi münasibətilə). Bakı: “Azərnəşr”. 2007. 176 səh.

Qeyd: Sonuncu kitabda Hacı İsmayıl Hacı Qədir oğlu haqqında xarici ölkə jurnallarında nəşr olunan bir çox yazıların mətni və şəkilləri verilmişdir. Şablon:Yaxşı məqalə