Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Mustafa ağa Şəkixanov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Mustafa ağa Şəkixanov
Şəkixanov Mustafa ağa Kərim ağa oğlu
Mustafa ağa Şəkixanov
Mustafa ağa Şəkixanov
Təxəllüsü Şuxi
Doğum tarixi 1831(1831-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfatı 5 noyabr 1895 (64 yaşında)
Vəfat yeri Qaraqosı[1], Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Dəfn yeri Xan qəbiristanlığı, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Atası Kərim ağa Şəkixanov

Mustafa ağa Şəkixanov – Şəki xanları nəslinin davamçılarından biri; “Şəki tarixi” adlı bir tarix əsərini[2] və atası Kərim ağa Şəkixanovun tərcümeyi-halını qələmə almışdır[3]. “Şuxi” təxəllüsü ilə şeirlər də yazıb[4].

Qısa tərcümeyi - halı

Mustafa ağa Şəkixanovun qəbri üzərindəki baş daşı.

1831-ci ildə Nuxada anadan olub[5].

1853 – 1857-ci illərdə Nuxada kanvoy[6] işləyib.

1857-ci ildən Şəki xanları nəslinin nümayəndəsi kimi Sankt-Peterburqda girov saxlanılıb; orada hərbi təhsil alıb və karnet[7] hərbi rütbəsinə yiyələnib.

1858-ci ilin sonunda atası Nuxada vəfat edib; bundan bir müddət sonra Mustafa ağa girovluqdan azad olunub[8] və Nuxaya geri dönüb.

1861 – 1866-cı illərdə Nuxada barışdırıcı hakimin(ru) (rus.: мировой судья) köməkçisi vəzifəsində çalışıb.

1866 – 1895-ci illər arasında Nuxa qəzasındakı özünə məxsus Qaraqosı[9] kəndində yaşayıb[10].

5 noyabr 1895-ci ildə Qaraqosı kəndində vəfat edib. Cənazəsi Nuxaya gətirilib və Xan qəbiristanlığında dəfn olunub.

İstinadlar və qeydlər

  1. Bu yerin adını Salman Mümtaz göstərib. Mümkündür ki əslində söhbət hal-hazırda Qaraso adlanan ərazidən gedir. Hansı ki həmin ərazidə müxtəlif kəndlər var. Mustafa ağanın atasının şəxsi kəndi İpəkli idi; mümkündür ki, Mustafa ağa da İpəkli kəndində yaşamış və orada da vəfat etmişdir.
  2. Müəllifi olduğu “Şəki tarixi” adlı əsərdən cəmi bir neçə cümləlik kiçik bir hissə 1902-ci ildə rusca çap olunub; əsərin özü isə itmiş hesab olunur (Məmmədov A.S., 2009, s. 4).
  3. Tahirzadə Ə.Ş., 2005, s. 88 –93.
  4. 2011-ci ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən iki avtoqraf əlyazması əsasında “Divan”ı çap olunmuşdur.
  5. Məmmədov A.S., 2006, s. 4.
  6. Rusiya İmperiyasında məhbusları qoruyan və müşayiət edən hərbçi.
  7. Süvari qoşunda bölük (rota) bayrağını aparan kiçik zabit.
  8. Mustafa ağa Sankt-Peterburqdan nə vaxt geri dönməsi barədə özü heç bir məlumat verməyib. Salman Mümtaz isə onun Sankt-Peterburqan 1861-ci ildə geri döndüyünü göstərir (Tahirzadə Ə.Ş., 2005, s. 10). Lakin 1860-cı ildə tərtib olunmuş Nuxa bəylərinin siyahısında 29 yaşlı Mustafa ağanın Nuxada yaşadığı qeyd olunub (Məmmədov A.S., 2006, s. 4). Mümkündür ki, Mustafa ağanın Sankt-Peterburqda girov saxlanılması heç də 1861-cı ilədək davam etməmiş, o, atasının vəfatından az sonra sərbəst buraxılmışdır.
  9. Bax: 1-ci qeydə.
  10. Tahirzadə Ə.Ş., 2005, s. 10.

Həmçinin bax

Ədəbiyyat

Şablon:Yaxşı məqalə