Süleyman Eldarov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:21, 15 yanvar 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Süleyman Eldarov
Eldarov Süleyman Əsgər oğlu
Süleyman Eldarov
Süleyman Eldarov, 1970-ci il.
Doğum tarixi 10 yanvar 1922(1922-01-10)
Doğum yeri Nuxa, Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1920-1921).svg Azərbaycan SSR
Vəfat tarixi 1995(1995-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (73 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Hərbi fəaliyyəti
Qoşun növü artilleriya
Rütbə Şablon:РККА, Сержант
Hərbi hissə artilleriya
Təltifləri I dərəcəli "Vətən Müharibəsi" ordeniSU Order of Glory ribbon.svgSU Order of Glory ribbon.svgSU Order of Glory ribbon.svg"İgidliyə görə" medalı

Süleyman Eldarov (1922 – 1995) — SSRİ “Şöhrət” ordeninin tam kavaleri (bu Sovet İttifaqı Qəhrəmanı adına bərabər tutulur). Böyük Vətən müharibəsində (1941 – 1945) 38-ci sovet ordusunun 829-cu artilleriya polkunun 211-ci atıcı diviziyasında top komandirinin müavini (rus.: наводчик), top komandiri olmuş, 24 iyun 1945-ci il tarixdə Qızıl meydanda (Moskva) keçirilən Qərəbə paradında iştirak etmişdir. Sovet ordusundan təxris edilərkən serjant (çavuş) əsgəri rütbəsinə malik olub.

Haqqında məlumatlar

10 yanvar 1922-ci ildə Nuxada, fəhlə ailəsində anadan olub.

Təhsili

Nuxada orta təhsil alıb.

Böyük Vətən müharibəsində

9 yanvar 1942-ci il tarixində hərbi xidmətə çağırılıb.

18 aprel 1944-cü il tarixdə 829-cu artilleriya polkunun (211-ci atıcı diviziyası, 38-ci ordu, I Ukrayna cəbhəsi) yefreytoru idi və onun daxil olduğu topçu heyət düşmənin Çernelisa[1] yaşayış mantəqəsinə üç əks-hücumunu dəf etmiş, hitlerçi avtomatçıların azı bir bölüyünü (10 – 12 nəfərlik dəstə) məhv etmişdir.

24 iyul 1944-cü il tarixdə, gecə Lvov şəhərinin 13 km cənubundakı Zaqruje kəndində onun daxil olduğu topçu heyət 15-dən çox hitlerçini məhv edib. Həmin vaxt 829-cu artilleriya polkunun top komandirinin müavini idi.

26 iyul 1944-cü il tarixdə, Lvov şəhərindən 13 km cənubunda yerləşən Lipinki yaşayış məntəqəsi yaxınlığında düşmənin iki əks-hücumunu dəqiq atəşlərlə dəf edib. Bu isə atıcı bölmələrin Lvov – Strıy magistral yolunu tutmasına imkan yaradıb. Bu döyüşdə yaralansa da döyüş meydanını tərk etməyib.

9 fevral 1945-ci il tarixdə Polşanın Rabka şəhərindən 10 kilometr cənubda yerləşən Yasenisa kəndi yaxınlığında baş verən döyüşlərdə 829-cu artilleriya polkunun top komandiri (211-ci atıcı diviziyası, 38-ci ordu, IV Ukrayna cəbhəsi) serjant Süleyman Eldarovun başçılıq etdiyi topçu heyət əsas qüvvələrlə əlaqəni itirsələr də, üç gün ərzində düşmənin doqquz əks-hücumunu dəf etmiş, düşmənin, zirehli nəqliyyat vasitəsini və avtomobili sıradan çıxarmış, faşistlərin azı bir taqımını məhv etmişdir.

Siyasi aktivliyi

1944-cü ildən ÜK(b)P-nın üzvü olub.

Təltifləri

Ədəbiyyat

  1. indiki İvano-Frankov vilayəti (Ukrayna)