Acınohur gölü
Jump to navigation
Jump to search
göl | |
Acınohur | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki və Qax |
Yerləşməsi | Acınohur çölü |
Sahəsi | 7,8 km2 |
Tökülən çay | Dəhnə çayı |
Acınohur gölü — Şəki rayonu ərazisində şor göl. Acınohur gölü tektonik mənşəli, şorsulu (axarsız) göllər qrupuna aiddir. Mingəçevir su anbarının şimalında yerləşir. Acınohur çölünün mərkəzində qərarlaşır. Su aynasının sahəsi 7,8 km²-dir. Göl dəniz səviyyəsindən 107 metr yüksəklikdə yerləşir. Nadir hallarda Dəhnə çayı gölə tökülür.
Ədəbiyyat
- Acınohur gölü // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I c. — Səh. 69. — ISBN 978-9952-441-02-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |