Nuxa okruqu
Nuxa okruqu | |
---|---|
Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1930. — В. may. — № 25 (772). — Səh. 4. | |
İnzibati mərkəz: | Nuxa (indiki Şəki) |
Yaranma tarixi: | 25 yanvar 1930 |
Ləğv olunma tarixi: |
30 avqust 1930 (0 il mövcud olub) |
Coğrafi region: | Azərbaycan SSR |
Yerləşirdi: | Azərbaycan SSR, SSRİ |
Nuxa okruqu — Azərbaycan ərazisində 1930-cu ildə yarım ildən çox müddət ərzində mövcud olmuş birinci dərəcəli inzibati ərazi. 25 yanvar 1930-cu il tarixdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə, eyni tarixdə ləğv edilmiş keçmiş Zaqatala-Şəki mahalı ərazisinin bir hissəsində yaradılmışdır. Okruqun inzibati mərkəzi Nuxa, rəsmi qəzeti “Şəki fəhləsi”, icraiyyə komitəsinin sədri Ələşrəf İsmayılov, icraiyyə komitəsinin katibi Abbasov olub. Okruq 3 rayondan – Göynük, Cəfərabad Vartaşen rayonlarından, o cümlədən, 26 kənd sovetliyindən və 100 kənddən ibarət idi. Okruq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə ləğv olunmuşdur. Okruq ləğv edildikdən sonra ləğv edilənədək tərkibində olmuş ikinci dərəcəli inzibati ərazilər – rayonlar, həmin tarixdən birinci dərəcəli inzibati əraziyə çevrilmişdir.
Ədəbiyyat
- Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1930. — В. may. — № 25 (772). — Səh. 4.
- İnzibati-ərazi vahidləri : I. İnzibati-ərazi vahidləri haqqında ümumi məlumat : [arx. 17 Jun 2012 - 26 Jun 2022] // Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası. — Müraciət tarixi: 11.07.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |