Hidayət Cəfərov
Hidayət Cəfərov | |
---|---|
Cəfərov Hidayət Cəfər oğlu | |
Hidayət Cəfərov. | |
Doğum tarixi | 15 iyun 1953 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili |
• M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutu (1969–1974) • “Neftkimyaavtomat” Elmi-Tədqiqat və Layihə İnstitutu, aspirantura (1977–1980) |
Elmi rəhbəri | professor Əbdülrza Əbilov |
Hidayət Cəfərov — texnika elmləri namizədi, dosent, Şəkixanovlar nəslinin nümayəndəsi.
Haqqında məlumatlar
15 iyun 1953-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1969-cu ildə Şəki şəhər 10 №-li orta məktəbini bitirib.
1969 – 1974-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunda,
1977 – 1980-cı illərdə “Neftkimyaavtomat” Elmi-Tədqiqat və Layihə İnstitutunun aspiranturasında təhsil alıb.
Elmi fəaliyyəti
1987-ci ildə professor Əbdülrza Əbilovun rəhbərliyi altında Azərbaycan Neft və Kimya İnstitutunun texnoloji proseslərin (istehsalatın) avtomatlaşdırılması Elmi Şurasında “Termiki krekinq prosesinin identifikasiyası və idarəetmə sistemlərinin sintezi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
19 məqalənin, 3 ixtiranın, 3 dərs vəsaitinin müəllifidir.
Əmək fəaliyyəti
1974-cü ildə təyinatla “Neftkimyaavtomat” Elmi-Tədqiqat və Layihə İnstitutunun (ETLİ) Bakı filialına işləməyə göndərilib; o cümlədən,
1987 – 1992-ci illərdə həmin istitututda əvvəl böyük elmi işçi, sonra isə laboratoriya müdiri vəzifəsində çalışıb.
1989-cu ildən indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs deyib; o cümlədən,
1989 – 1992-ci illərdə müəllim,
1992 – 2019-cu illərdə isə dosent vəzifəsini tutub.
2019-cu ildən əmək təqaüdündədir.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Cəfərov Hidayət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 96-97. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |