Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Yusif Səfərov

Şəki Ensiklopediyası səhifəsi
89.147.203.114 (Müzakirə) (Dəqiqləşdirmə) tərəfindən edilmiş 09:15, 8 may 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Yusif Səfərov
Səfərov Yusif Həbibulla oğlu
Yusif Səfərov
Yusif Səfərov.
Doğum tarixi 2 may 1921(1921-05-02)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1920-1921).svg Azərbaycan SSR
Vəfat tarixi 19 iyul 2002 (81 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Xırdalan qəbiristanlığı, Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (1939–1941; 1947–1951)

 • M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, aspirantura (1951–1954)
Həyat yoldaşları Səfərova Zivər Qurban qızı
Evladları Kənan və Sənan
Atası Həbibulla Səfərov
Anası Xədicə Hüseynova
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı"Qırmızı Ulduz" ordeni — 1945"Varşavanın azad edilməsinə görə" medalı"Qırmızı Bayraq" ordeniII dərəcəli "Vətən Müharibəsi" ordeniI dərəcəli "Vətən Müharibəsi" ordeni — 1985"Tərəqqi" medalı — 2000
Adının digər versiyaları Yusif Seferov, Yusif Safarov, Юсиф Сафаров, Юсиф Сеферов, Јусиф Сәфәров, Јусиф Сеферов

Yusif Səfərov (1921–2002) — tanınmış tarixçi alim, tarix elmləri doktoru, professor; Azərbaycanda tarixşünaslıq fənninə dair ilk dərsliyin müəllifidir.

Haqqında məlumatlar

2 may 1921-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1939-cu ildə Nuxa şəhər 11 №-li tam orta məktəbini bitirib.

1939 – 1941 və 1947 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində,

1951 – 1954-cü illərdə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alıb.

Hərbi xidmətdə

5 avqust 1941-ci il tarixində Bakı şəhərinin Voroşilov Rayon Hərbi komissarlığından Sovet Ordusunda xidmətə götürülüb.

1945-ci ilin 19 aprelində Almaniyanın Frankfurt şəhəri uğrunda gedən döyüşlərdə ayağından ağır yaralanıb. Bundan sonra gəzmə qabiliyyətinin bərpası üçün 1945-ci ilin aprelindən 1947-ci ilin iyununa qədər SSRİ-nin müxtəlif hospitallarında ondan artıq cərrahiyyə əməliyyatları keçirilib.

19 iyun 1947-ci il tarixdə II qrup əlil kimi ordudan tərxis olunub.

Əmək fəaliyyəti

1954-cü ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində işləyib; o cümlədən,

1954-cü ildən tarix fakültəsində müəllim,

1955-ci ildən baş müəllim və kafedranın dosenti, sonra SSRİ tarixi kafedrasının müdiri, daha sonra mən­bəşünaslıq, tarixşünaslıq və tarixin tədrisi üsulları kafedrasının professoru olub.

Elmi fəaliyyəti

1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “1806 – 1812-ci illər Rusiya – Türkiyə müharibəsi (Qafqaz cəbhəsi)” mövzusunda namizədlik,

1994-cü ildə isə Bakıda “Azərbaycanın qədim tarixinin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Azərbaycanda tarixşünaslıq fənninə dair ilk dərsliyin, 100-dən çox elmi monoqrafiya, məqalə, metodik vəsait, dərs vəsaiti və proqramların müəllifidir.

Elmi-ictimai fəaliyyəti

Uzun müddət Azərbaycan SSR Elmlər Akademiyasının terminologiya ko­missiyasının üzvü olub.

Təltif və mükafatları

Vəfatı

19 iyul 2002-ci il tarixdə – 81 yaşında, Bakıda vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.

Ailəsi

Atası: Həbibulla Səfərov, pinəçi olub, yaşının çox olmasına baxmayaraq, oğlundan sonra o, da müharibəyə getmiş, 1943-cü ildə Kerç uğrunda gedən döyüşdə ağır yaralanmış, oğlu Yusif Səfərovun qolları arasında vəfat etmişdir.

Anası: Xədicə Məhəmməd qızı Hüseynova, evdar qadın olub.

Həyat yoldaşı: Səfərova Zivər Qurban qızı, Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun kitabxanasının müdiri olub, 2022-ci ilin yanvar ayında vəfat edib.

Övladları: Sənan və Kənan adlı iki oğlu var. Hər ikisi hüquqşünasdır. Sənan həm də şərqşünasdır. Yəməndə və Liviyada hərbi sahədə çalışıb. Uzun müddət Azərbaycan Beynəlxalq Bankının departament direktoru vəzifəsində işləyib. Hal-hazırda MQS şirkətinin hüquqşünasdır. Digər oğlu Kənan isə sovet dövründə Kiyevdə hüquq və diplomatik sahədə təhsil alıb. 1984 – 1992-ci illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası DİN Mühafizə Xidmətində və Sumqayıt şəhər polis idarəsində müstəntiq işləyib. 1992 – 1994-cü illərdə Azərbaycan Xarici İqtisadi Əlaqələr Nazirliyində departament direktoru, sonra uzun müddət ABŞ şirkətində hüquqşünas vəzifəsində çalışıb. Eyni vaxtda Bakı dövlət Universitetində xarici hüquqdan da dərs deyib. Daha sonra isə Enerji Qrupun İdarə Heyətinin sədr müavini kimi fəaliyyət göstərib. Hal-hazırda vəkillik edir və Vəkillər Kollegiyasının üzvüdür.

Ədəbiyyat

  1. Сафаров Юсуф Габибулаевич : [arx. 25.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 25.07.2021.
  2. Сафаров Юсиф Габибулла-оглы : Орден Отечественной войны I степени : [arx. 25.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 25.07.2021.
  3. Məmmədov Ə., Xalıqov F. Səfərov Yusif // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 348-354. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  4. Səfərov Yusif Həbibulla oğlu (1921-2002) : [arx. 18 Jun 2017 - 11 Apr 2020] // Bakı Dövlət Universiteti. — Müraciət tarixi: 25.07.2021.