Əliş Məmmədov
Əliş Məmmədov | |
---|---|
Məmmədov Əliş Zabit oğlu rus.: Мамедов Алиш Забид оглы | |
Əliş Məmmədov. | |
Anadan olub | 10 fevral 1958 |
Anadan olduğu yer | Oravan (indiki Oraban), Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Uşağı | Elvin Məmmədov |
Təhsili | Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, sənaye və mülki tikinti ixtisası (1974–1979) |
https://www.alishmamedov.ru/ |
Əliş Məmmədov — tanınmış tikinti mühəndisi və iş adamı, Rusiya Federasiyasının Saxa Respublikasında fəaliyyət göstərən “Yakutsement” ASC İstehsalat Birliyinin baş direktoru.
Haqqında məlumatlar
10 fevral 1958-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oravan (indiki Oraban) kəndində anadan olub.
Hərbi xidmətdə
1980 – 1981-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Təhsili
1974 – 1979-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda sənaye və mülki tikinti ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti
1979 − 1980-cı illərdə təyinatla “Yakutpromstroymaterialı” İstehsalat Birliyinin (Moxsoqollox qəsəbəsi, Yakutiya Muxtar Respublikası, RSFSR) təmir-tikinti sexində usta,
1981 − 1982-cı illərdə “Lenageolstroy” Tikinti İdarəsində (Bestyax (indiki Verxni Bestyax) kəndi, Xanqalas rayonu, Yakutiya MSR, RSFSR) prorab işləyib.
1982 − 1987-cı illərdə “Yakutpromstoymaterialı” (indiki “Yakutsementin” ASC) müəssisəsində əsaslı tikinti şöbəsinin rəisi,
1987 − 1989-cı illərdə isə əsaslı tikinti üzrə direktorun müavini vəzifəsində çalışıb.
1989-cı ildən “Yakutsement” ASC İstehsalat Birliyinin baş direktorudur.
Ədəbiyyat
- Мамедов Алиш Забид-оглы : [arx. 06.04.2022] : [rus.] // Партия «Единая Россия». — Müraciət tarixi: 06.04.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |