Rauf Qazıyev
Rauf Qazıyev | |
---|---|
Qazıyev Rauf Abdulla oğlu | |
Rauf Qazıyev. | |
Doğum tarixi | 18 iyul 1936 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | oktyabr 2005 | (69 yaşında)
Vəfat yeri | Bakı, Azərbaycan |
Elm sahəsi | texnika |
Elmi adı | dosent |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, əvvəlcə neft-mədən fakültəsi, sonra isə istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsi, dağ mühəndisi–elektromexanik ixtisası (–1962) |
Evladları | Elşad, Aqşin və Anar Qazıyevlər. |
Atası | Abdulla Qazıyev |
Anası | Qönçə Qazıyeva |
Rauf Qazıyev (1937–2005) — texnika elmləri namizədi, dosent.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
18 iyul 1936-cı il tarixdə Bakıda anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1955-ci ildə Bakı şəhər 6 №-li orta məktəbini,
1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsini,
1975-ci ildə Lensovet adına Leninqrad (indiki Sankt-Peterburq) Texnoloji İnstitutunun aspiranturasını bitirib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
Təyinatla M.İ.Kalinin adına maşınqayırma zavoduna (Leninqrad, indiki indiki Sankt-Peterburq) işləməyə göndərilib.
1969 – 1974-cü illərdə Azərbaycan KP Bakı şəhər Nərimanov rayon partiya komitəsində sənaye şöbəsinin müdiri,
1975 – 1996-cı illərdə Ümumittifaq Elmi-Tədqiqat və Layihə-Texnoloji İnstitutunda bölmə, laboratoriya və şöbə müdiri vəzifələrində çalışıb.
1996-cı ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Neft Akademiyasına (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) dosent vəzifəsinə seçilib.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1975-ci ildə “Reaktoplastların emalı proseslərinin kompleks tədqiqatı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1990-cı ildən baş elmi işçi (dosent) elmi adını alıb.
İctimai-siyasi fəaliyyəti[redaktə | HTML redaktə]
1969 – 1974-cü illərdə Bakı şəhər Nərimanov rayon sovetinin deputatı olub.
Vəfatı[redaktə | HTML redaktə]
2005-ci ilin oktyabr ayında – 69 yaşında, Bakıda vəfat edib.
Ailəsi[redaktə | HTML redaktə]
Atası: Abdulla Məmməd oğlu Qazıyev, 1942-ci ildə Böyük Vətən müharibəsində zabit kimi (baş politruk) iştirak etmiş və itkin düşmüşdür (sonralar on ildən artıq müddət ərzində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi olmuş Rəfiqə Qazıyevanın əmisi oğlu idi).
Anası: Qönçə İsmayıl qızı Qazıyeva (1916–1992), Azərbaycan SSR əməkdar həkimi, tibb elmləri namizədi olub və uzun müddət 26 Bakı Komissarları adına Bakı şəhər 1-ci dəmiryol xəstəxanasının baş həkimi vəzifəsində çalışmışdır. İynəbatırma üsulunun Azərbaycanda işlənməsinin ilk təşəbbüskarlarından biri idi.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Qazıyev Rauf // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 314-315. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- R
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1936-cı ildə doğulanlar
- 18 iyulda doğulanlar
- İyulda doğulanlar
- 2005-ci ildə vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə