Bəxtiyar Məmmədov
Bəxtiyar Məmmədov | |||||||
---|---|---|---|---|---|---|---|
Məmmədov Bəxtiyar Məmmədrza oğlu | |||||||
Bəxtiyar Məmmədov. | |||||||
|
|||||||
Doğum tarixi | 18 oktyabr 1925 | ||||||
Doğum yeri | Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ | ||||||
Vəfat tarixi | 26 mart 1989 (63 yaşında) | ||||||
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||||||
Təhsili | Azərbaycan Sənaye İnstitutu, dağ-mədən mühəndisi ixtisası (1943–1949) | ||||||
Elmi dərəcəsi | texnika elmləri namizədi | ||||||
Təltifləri |
Bəxtiyar Məmmədov (1925–1989) — Azərbaycan sovet dövlət xadimi və neft sənayesi mütəxəssisi, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar mühəndisi, Sosialist Əməyi Qəhrəmanı. 1965 – 1970-ci illərdə Azərbaycan SSR neft hasilatı sənayesi naziri vəzifəsində çalışmışdır.
Haqında məlumatlar[redaktə | HTML redaktə]
18 oktyabr 1925-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1943 – 1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunda dağ-mədən mühəndisi ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1948 – 1949-cu illərdə əvvəl “Orconikidzeneft” trestinin 5-ci mədənində neftçıxarma ustasının köməkçisi, sonra turbinli qazmanın şərq konturunda 6-cı dərəcəli qazma köməkçisi, “Orconikidzeneft” trestinin 1-ci mədənində qazma ustası, həmin trestin mədən müdirinin növbətçi köməkçisi,
1949 – 1951-ci illərdə “Orconikidzeneft” trestinin qazma ustası, mədən istismarı üzrə 1-ci mədəndə böyük mühəndis,
1951 – 1952-ci illərdə “UmBakı” mədənində baş mühəndis,
1952-ci ildə “Qobustanneft” trestinin “UmBakı” mədəninin müdiri,
1952 – 1955-ci illərdə “Gürcənneft” (Neft Daşları) neft-mədən idarəsinin 1-ci və 2-ci mədənlərinin müdiri,
1955 – 1962-ci illərdə Sov.İKP XXII qurultayı adına neft-mədən idarəsinin rəisi,
1962 – 1963-cü illərdə əvvəl “Azneft” birliyinin rəis müavini, sonra baş mühəndisi,
1963 – 1965-ci illərdə “Başdənizneft” idarəsinin rəisi,
1965 – 1970-ci illərdə Azərbaycan SSR neft sənayesi naziri,
1970 – 1972-ci illərdə “Xəzərdənizneft” birliyinin rəisi,
1972 – 1974-cü illərdə “26 Bakı komissarı” adına NQÇİ-nin rəisi,
1974 – 1976-cı illərdə Nigeriyada müqavilə əsasında məsləhətçi,
1976 – 1982-ci illərdə “Hidrodənizneft” İnstitutunun elmi işlər üzrə direktor müavini,
1982 – 1986-cı illərdə “Bula-dəniz” NQÇİ-nin rəisi,
1986 – 1989-cu illərdə “Hidrodənizneft” Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunun elmi-tədqiqat və təcrübə işləri üzrə şöbə müdiri vəzifəsində işləyib.
İctimai fəaliyyəti[redaktə | HTML redaktə]
Bir dəfə SSRİ Ali Sovetinin (7-ci çağırış), dörd dəfə isə Azərbaycan SSR Ali Sovetinin deputatı (4, 5, 6 və 8-ci çağırış), bir neçə dəfə Azərbaycan KP MK-nın üzvü və Azərbaycan KP Bakı Şəhər Komitəsinin büro üzvü seçilib. Sov.İKP XX qrultayının nümayəndəsi olub.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1963-cü ildə namizədlik dissertasiyası müdafiə edib. Neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. 50 elmi məqalənin müəllifidir. İxtiralara görə 9 müəlliflik şəhadətnaməsi alıb.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- Sosialist Əməyi Qəhrəmanı fəxri adının “Oraq və Çəkic” medalı (1959);
- “Lenin” ordeni (1959);
- “Neft ustası” fəxri adı (1960);
- “Azərbaycan SSR əməkdar mühəndisi” fəxri adı (1964);
- “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ) (1965);
- “SSRİ-nin fəxri neftçisi” döş nişanı (1970);
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı (197);
- “Oktyabr İnqilabı” ordeni (1971);
- Azərbaycan SSR Dövlət mükafatı (1972).
Vəfatı[redaktə | HTML redaktə]
26 mart 1989-cu il tarixdə – 63 yaşında, Bakıda vəfat edib.
Ailəsi[redaktə | HTML redaktə]
Üç övladı olub; oğlu Yaşar ARDNŞ-də məsul vəzifədə çalışır. Böyük qızı İntizar uşaq həkimidir, kiçik qızı Hicran isə ginekoloq işləyir.
Xatirəsi[redaktə | HTML redaktə]
Bakıda və Şəkidə vaxtilə yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Şəkidə bir küçəyə adı verilib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- MƏMMƏDOV Bəxtiyar Məmmədrza oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1982. — VI cild. — Səhifələrin sayı: 647. — Səh.: 498. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Məmmədov Bəxtiyar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 372-373. — 1.000 nüsx.
- Xoşbəxt Yusifzadə (18.10.2015). "Neftçi ömrünün bəxtiyarlığı". http://www.azerbaijan-news.az/ (azərb.). “Azərbaycan” qəzetinin saytı. 19 Oct 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- B
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış alimlər
- 1925-ci ildə doğulanlar
- 18 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 26 martda vəfat edənlər
- Martda vəfat edənlər
- 1989-cu ildə vəfat edənlər
- Sosialist əməyi qəhrəmanları
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- Azərbaycan SSR əməkdar mühəndisləri
- SSRİ-nin fəxri neftçiləri
- Lenin ordeninin kavalerləri
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Oktyabr İnqilabı" ordeni laureatları
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə