Rəşid Axundov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 23:02, 9 noyabr 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Rəşid Axundov
Axundov Rəşid Mirzə Fətəli oğlu
Rəşid Axundov
Rəşid Axundov.
Anadan olub 9 fevral 1854(1854-02-09) (28 yanvar)
Anadan olduğu yer Tiflis, Tifslis quberniyası, Rusiya İmperiyası
Vəfat edib yanvar 1909(1909-01-00) (55 yaşında)
Atası Mirzə Fətəli Axundov
Anası Tubu Axund Hacı Ələsgər qızı
Vətəndaşlıq Rusiya İmperiyası
İxtisası yol mühəndisi
Təhsili Sankt-Peterburq Yol Mühəndisləri İnstitutu (–1884)

Rəşid Axundov (1854–1909) — Mirzə Fətəli Axundovun oğlu, Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunun məzunu, 9-cu dərəcəli yol mühəndisi. Rusiya İmperiyasının quberniya katibi(ru) mülki məmur rütbəsini də daşıyıb, həmçinin, fransızcadan ruscaya və azərbaycancaya bədii tərcümə işi ilə məşğul olub.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

9 fevral (28 yanvar) 1854-cü il tarixdə Tiflisdə anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1863 – 1872-ci illərdə Tiflis 1-ci klassik gimnaziyasında təhsil alıb.

1874-cü ildə Belçika Liberal Universitetinə daxil olub, lakin 1882-ci ildə təhsilini yarımçıq buraxaraq Tiflisə qayıdıb.

1884-cü ildə Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunu bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1884-cü ildə Tiflisdə Qafqaz Dairəsi Yollar İdarəsində işləməyə başlayıb.

1895-ci ildə Tiflisdə mühəndis işləyirdi.

1905-ci ildə quberniya katibi(ru) mülki məmur rütbəsində olub və Qafqaz Dairəsi Yollar İdarəsinin sərəncamındakı 9-cu dərəcəli mühəndis vəzifəsinin icraçısı idi.

Ədəbi yaradıcılığı[Vizual/Mobil redaktə | HTML redaktə]

1872-ci ildə – 18 yaşında, “Şarl Mismerin Ali paşaya məktubu” fəlsəfi əsərini fransızcadan ruscaya çevirib.

Həmçinin, hələ Tiflisdə gimnaziyada oxuyarkən “Tarixin panteonu” adlı 407 səhifədən ibarət ensiklopedik lüğət də tərtib etmişdir. Qədim tarix, orta əsrlər tarixi, yeni dövr tarixi və Rusiya tarixi kimi 4 bölümdən ibarət bu əsər azərbaycan dilində tərtib olunmuş ilk ensiklopedik sözlüklərdəndir.

1899-cu ildə Mirzə Şərif Mirzəyevlə birgə M.F.Axunuvun “Puşkinin ölümünə Şərq poeması”nı əlavə qeydlə “Kavkaz” qəzetində dərc etdirib.

Həmçinin, Alfred dö Breanın “Bir balaca parijlinin həyatı” romanını fransızcadan azərbaycan dilinə çevirib[qeyd 1]. Bu əsər fransız dilindən azərbaycan dilinə ilk birbaşa bədii tərcümədir.

İctimai aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]

1906-cı ildən Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti təftiş komisyonunun üzvü olub.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

1909-cu ilin yanvar ayında – 55 yaşında, tapançadan özü-özünə atəş açaraq intihar edib.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Məlikcahan xanım Hacı Böyük bəy qızı Nurubəyova (1870–1927) ilə ailə qurmuşdur.

Fətəli adlı bir oğlu olub.

Ailə fotoşəkilləri[qeyd 2][Vizual/Mobil redaktə | HTML redaktə]

Qeydlər[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. M.F.Axunovun sənədləri arasında tapılan “Jan Blan və ya balaca skripkaçı” (yaxud “Balaca parijlinin həyatı”) romanı onun əsəri sayılaraq onun adı altında da nəşr edilib. Ancaq sonrakı araşdırmalar təsdiq edib ki, bu, fransız yazıçısı Alfred dö Breanın eyni adlı romanının dilimizə tərcüməsindən başqa bir şey deyil, tərcüməçi isə Rəşid bəy Axundzadədir.
  2. Fotoşəkillər professor Ədalət Tahirzadə tərəfindən Şəki Ensiklopediyasına təqdim edilib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Mərdanov M.C., Tahirzadə Ə.Ş. Axundxadə Rəşid bəy Mirzə Fətəli oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — F – İ hərfləri. — Bakı: Təhsil, 2019. — III  cild. — Səh.: 386 – 391.
  2. Axundzadə Rəşid // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I  c. — Səh. 226-227. — ISBN 978-9952-441-02-4.