Soltan Abdullayev
Soltan Abdullayev | |
---|---|
Abdullayev Soltan Məmməd oğlu | |
Soltan Abdullayev, 1980-cı il. | |
Anadan olub | 15 fevral 1930 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 20 iyun 2002 (72 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Həyat yoldaşı | Binyət Abdullayeva |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
• Nuxa Kənd Təsərrüfatı Texnikumu (1946–1949) • S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (Kirovabad, 1950–1955) • Bakı Ali Partiya Məktəbi(az) (1963 – 1965) |
Mükafatları |
Soltan Abdullayev (1930–2002) — sovet dövründə Şəkidə partiya və dövlət orqanlarında, həmkarlar təşkilatında və bir sıra təsərrüfat idarələrində məsul vəzifələr tutmuş rəhbər kadr və kənd təsərrüfatı üzrə tanınmış mütəxəssis.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
15 fevral 1930-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1946-cı ildə Nuxa şəhər 12 №-li orta məktəbini bitirib.
1946 – 1949-cu illərdə Nuxa Kənd Təsərrüfatı Texnikumunda,
1950 – 1955-ci illərdə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Kirovabad) təhsil alıb.
1963 – 1965-ci illərdə isə Bakı Ali Partiya Məktəbinin(az) dinləyicisi olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1949-cu ildə Nuxa rayonunun Bideyiz kəndində – Nizami adına kolxozda, aqronom,
1955 – 1963-cü illərdə S.M.Kirov adına Qışlaq kolxozunda Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin toxumçu aqronomu, baş aqronom, Daşüz camışçılıq sovxozunda baş aqronom, rayon aqrokimya laboratoriyasının müdiri, Nuxa və Vartaşen rayon Kolxoz-sovxoz Məhəlli İstehsalat İdarəsində baş aqronom və təşkilatçı müfəttiş, Nuxa Şəhər Partiya Komitəsində təlimatçı,
1965 – 1968-ci illərdə Nuxa/Şəki Şəhər Partiya Komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri,
1968 – 1970-ci illərdə Şəki rayon XDS İcraiyyə Komitəsi sədrinin müavini,
1970 – 1973-cü illərdə Azərbaycan KP Şəki Şəhər Komitəsinin katibi,
1974 – 1976-cı illərdə Şəki Şəhər Həmkarlar İttifaqları Şurasının sədri,
1976 – 1985-ci illərdə Şəki rayon XDS İcraiyyə Komitəsində təşkilat şöbəsinin müdiri,
1985 – 1992-ci illərdə Şəki rayon Bitki Mühafizəsi Stansiyasının rəisi,
1992-ci ildən Şəki İpəkçilik İdarəsində aqronom vəzifəsində işləyib.
İctimai fəaliyyəti[redaktə | HTML redaktə]
- 1958-ci ildə Moskva şəhərində SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olub.
- Müxtəlif illərdə Nuxa/Şəki və Vartaşen rayon sovetlərinin deputatı seçilib.
- 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü və vəfatına qədər keçirilən YAP Şəki təşkilatının bütün konfranslarının nümayəndəsi olub.
- “Sovet kəndi”, “Nuxa fəhləsi”/“Şəki fəhləsi” və “İpəkçi” qəzetlərində partiya, sovet və təsərrüfat həyatının müxtəlif sahələrinə dair məqalələri dərc olunub.
Mükafatları[redaktə | HTML redaktə]
- ÜİLKGİ MK-nın, Azərbaycan LKGİ MK-nın, Azərbaycan Həmkarlar ittifaqları Mərkəzi Şurasının, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan KP Şəki Şəhər Komitəsinin fəxri fərmanları;
- “Sosializm yarışının qalibi” döş nişanı;
- “Əmək veteranı” medalı.
Vəfatı[redaktə | HTML redaktə]
20 iyun 2002-ci il tarixdə – 72 yaşında, Şəkidə vəfat edib.
Ailəsi[redaktə | HTML redaktə]
- Həyat yoldaşı: Abdullayeva Binyət Ibrahimxəlil qızı (d. 1931 – ö. 1994).
- Övladları: Xatirə (vəfat edib), Elxan, Elçin, Cavanşir.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |