Həsən İsrafilov
Həsən İsrafilov (İsrafilov Həsən Abid oğlu d. 20 aprel 1946-cı ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) — iqtisad elmləri namizədi, dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi.
Həsən İsrafilov | |
---|---|
İsrafilov Həsən Abid oğlu | |
Həsən İsrafilov | |
Həsən İsrafilov, 2013-cü il | |
Doğum tarixi | 20 aprel 1946 |
Doğum yeri | Nuxa, Nuxa rayonu Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İş yeri | Azərbaycan Dövlət İqtisad Universiteti |
Elmi dərəcəsi | iqtisad elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili |
Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1966 – 1970) D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, ticarətin iqtisadiyyatı kafedrası, aspirantura (1975 – 1978) |
Mükafatları |
|
Şəxsi Facebook səhifəsi |
Haqqında məlumatlar
20 aprel 1946-cı il tarixdə Nuxada anadan olub.
Təhsili
1953 – 1963-cü illərdə Nuxa şəhər Nizami adına 7 №-li orta məktəbdə oxuyub.
1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu,
1978-ci ildə isə həmin institutun aspiranturasını bitirib.
Əmək fəaliyyəti
1981 – 1987-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutun ticarət-iqtisad kafedrasında müəllim, baş müəllim, dosent,
1987 – 1990-cı illərdə həmin institutun kommersiya və əmtəəşünaslıq fakültəsinin dekan əvəzi vəzifəsində çalışıb.
1996-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetin kommersiya və beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekanı,
2001-ci ildən Təfəkkür Universitetinin prorektoru olub.
2005 – 2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində magistratura mərkəzinin direktoru vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
1981-ci ildə Kiyev Ticarət-iqtisad İnstitutunda “İnkişaf etmiş sosializm cəmiyyətində Azərbaycan SSR-də kənd ticarətinin inkişafının sosial-iqtisadi problemləri” adlı mövzuda namizədlik dissertasiyasını müdafiə edib.
1993-cü ildə dosent elmi adını alıb.
100-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, dərs vəsaiti, metodiki göstəriş və elmi məqalənin müəllifidir.
Mükafatları
- “Vektor” Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının “XXI əsrin tanınmış ziyalısı” beynəlxalq diplomu (2005).
- 2006-cı ildə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı (2006).
- “Tərəqqi” medalı (2011).
İstifadə edilmiş mənbələr
- "i.e.n., dosent İsrafilov Həsən Abid oğlu". http://unec.edu.az/ (azərb.). unec.edu.az. 12 Sep 2016 – 14 Jan 2020 tarixində arxivləşdirilib.
- Məmmədov Ə., Xalıqov F. İsrafilov Həsən // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 299. — 1.000 nüsx.