Lütfəli Həsənov
Lütfəli Həsənov – həkim, yazıçı və dramaturq, 1953 – 1976-cı illərdə Nuxada/Şəkidə həkim – terapevt işləmiş, Sanitariya Maarif Evinin müdiri olmuşdur. 2016-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tabeliyindəki müəssisələrdə 100 illik yubileyi qeyd olunub.
Lütfəli Həsənov | |
---|---|
Həsənov Lütfəli Əkbər oğlu | |
Lütfəli Həsənov | |
Lütfəli Həsənov | |
Doğum tarixi | 10 may 1916 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfatı | 4 avqust 1976 (60 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
İxtisası | həkim |
Təhsili | Azərbaycan Dövlət Tibb İnstitutu (1932 – 1937) |
İlk əsəri | “Qızıl Bakı”, “Gecənin təranəsi” adlı şeirlər (“Ədəbiyyat” qəzeti, 1937) |
Mükafatları | Şablon:""1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı |
Haqqında məlumatlar
10 may 1916-cı il tarixdə Nuxada, sənətkar ailəsində anadan olub.
Təhsili
1931-ci ildə Nuxa şəhərindəki yeddiillik məktəbi bitirib.
1932 – 1937-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
1937 – 1939-cu illərdə, Ağdaş rayonunda iki il həkim işləyib.
1939 – 1947-ci illərdə sovet ordusunda həkim kimi xidmət edib, o cümlədən, hərbi qospitalda şöbə müdiri vəzifəsində çalışıb.
1953 – 1976-cı illərdə Nuxada/Şəkidə həkim – terapevt işləyib, Sanitariya Maarif Evinin müdiri olub.
Məhkumluğu
1947-ci ildə antisovet təbliğatda günahlandırılaraq 7 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Yaradıcılığı
Ədəbi yaradıcılığa şeir və hekayələrlə başlayıb. “Qızıl Bakı” və “Gecənin təranəsi” adlı şeirləri 1937-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunub.
1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib.
“Qardaş torpağı” adlı ilk pyesi isə “Azərbaycan” jurnalında çap olunub. “Günəş” adlı pyesi 1957-ci ildə Kirovabad Dram Teatrında tamaşaya qoyulub. Sonrakı illərdə “Qara eynəkli adam”, “İntiqam”, “Dayaqsız adam”, “Baş həkim”, yaxud “O qayıdacaqmı?”, “Okeanın o tayında” adlı dram əsərlərini qələmə alıb, lakin birincisi istisna olmaqla, digərləri çap olunmayıb.
Lütfəli Həsənovun qələmə aldığı hekayələrdən bir çoxu isə “Nuxa fəhləsi” qəzetində dərc olunub. O, həm də uzun illər bu qəzetin redaksiyasının nəzdində fəaliyyət göstərən “Səbuhi” ədəbi məclisinə də rəhbərlik edib.
Şeir və dram əsərlərindən başqa, Lütfəli Həsənovun 1971-ci ildə “Ürəklə söhbət” adlı yaddaşı, 1967-ci ildə isə “Bizim iş təcrübəmiz” adlı metodik materialları da çap olunub.
Vəfatı
4 avqust 1976-cı il tarixdə Şəkidə vəfat edib.
Təltif və mükafatları
Ədəbiyyat
- MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ (2016). "2016-Cİ İL ÜÇÜN ƏLAMƏTDAR VƏ TARİXİ GÜNLƏR TƏQVİMİ" (PDF). www.azkurs.org (azərb.). www.azkurs.org. 155. 30 May 2017 – 21 Jan 2020 tarixində arxivləşdirilib.
- Kamil Adışirinov (21.02.2014). ""Baş həkim" pyesini yazan həkim". shrem.io.ua (azərb.). shrem.io.ua. 26 Mar 2015 tarixində arxivləşdirilib.