Mərdan Feyzullayev

Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 03:03, 13 avqust 2020 tarixli dəyişiklik
..

Mərdan Feyzullayev – teatr aktyoru və teatr rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. 1983 – 1998-ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında əvvəl aktyor, sonra quruluşçu rejissor, daha sonra isə baş rejissor vəzifəsində çalışmışdır. 1999-cu ildə Moskvaya (Rusiya Federasiyası) köçmüş, yaradıcı fəaliyyətini orada özünün yaratdığı Moskva “Dərviş” teatrında baş rejissor kimi davam etdirməklə yanaşı, həm də Moskva “Jar ptitsa” (rus.: Жар-птица) Kukla Teatrının da quruluşçu rejissoru olmuşdur.

Mərdan Feyzullayev
Feyzullayev Mərdan Əhmədiyyə oğlu
rus.: Фейзуллаев Мардан Ахмедия оглы
Mərdan Feyzullayev
Mərdan Feyzullayev

Haqqında məlumatlar

1959-cu ildə Nuxa rayonunun Kiş kəndində anadan olub.

Təhsili

1979 – 1983-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində,

1984 – 1989-cu illərdə isə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.

Əmək və yaradıcı fəaliyyəti

1983 – 1985-ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında aktyor,

1985 – 1989-cu illərdə quruluşçu rejissor,

1989 – 1998-ci illərdə isə baş rejissor vəzifəsində çalışıb.

1999 – 2017-ci illərdə Moskvada özünün yaratdığı Moskva “Dərviş” teatrının baş rejissoru olub.

O cümlədən, Moskvada həm də “Jar ptitsa” (rus.: Жар-птица) Kukla Teatrının quruluşçu rejissoru idi.

Təltif və mükafatları

Vəfatı

13 avqust 2017-ci il tarixdə Moskvada vəfat edib.

Anadan olduğu Kiş kəndində dəfn olunub.

Aidiyyəti linklər

  • .

Şablon:Yaxşı məqalə