“Gülüstan” poeması

Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:48, 16 avqust 2020 tarixli dəyişiklik

“Gülüstan” poemasıBəxtiyar Vahabzadənin 1958-ci ildə yazdığı tarixi poema. İlk dəfə iki hissədən ibarət olmaqla “Nuxa fəhləsi” qəzetinin 23 oktyabr 1960-cı il tarixli 127 (1941) №-sində və 26 oktyabr tarixli 128 (1941)-ci №-sində dərc olunub;

" Azərbaycanın birliyi və istiqlaliyyəti uğrunda vuruşan Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin əziz xatirəsinə "

ithaf edildiyi göstərilir; həmçinin, redaksiya adından qeyd olunmuşdur ki,

" Şair Bəxtiyar Vahabzadə Azərbaycan xalqının milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə aparmasından bəhs edən poema üzərində işləyir. Həmin poemanın bir fəsli ilk dəfə olaraq “Nuxa fəhləsi” qəsetində dərc edilir. "