Mahmud İsmayılov
Mahmud İsmayılov (1 sentyabr 1920 – 16 avqust 2001) — sovet və Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1962), professor (1963), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1983). 1946-cı ildə Azərbaycan SSR EA-nın Tarix İnstitutunda işə başlamış, ömrünün sonunadək həmin institutda işləmiş, 1954 – 1968-ci illərdə və 1983 – 2001-ci illərdə direktor müavini olmuşdur. Elmi fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da məşğul idi, bir neçə tarixi və bir xronoloji romanı çap olunub.
Mahmud İsmayılov (Mahmud İsmayıl) | |
---|---|
İsmayılov Mahmud Əliabbas oğlu | |
Mahmud İsmayılov (Mahmud İsmayıl) | |
Mahmud İsmayılov | |
Doğum tarixi | 1 sentyabr 1920 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Azərbaycan SSR |
Vəfat tarixi | 16 avqust 2001 (80 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | proffessor |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsi ( – 1941) |
Tanınır | Mahmud İsmayıl |
Mükafatları |
Haqqında əlavə məlumatlar
1 sentyabr 1920-ci il tarixdə Nuxa şəhərində anadan olub.
Təhsili
1941-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Böyük Vətən müharibəsində
Böyük Vətən müharibəsində (1941 – 1945) iştirak edib, II dərəcəli “Vətən Müharibəsi ordeni” və bir sıra medallarla təltif olunub.
Əmək fəaliyyəti
1946-cı ildə Azərbaycan SSR EA-nın Tarix İnstitutunda laborant kimi başlamış, sonra həmin institutda aspirant, kiçik elmi işçi, baş elmi işçi olmuş, 1952-ci ildə Azərbaycanın yeni tarixi şöbəsinin rəhbəri, 1954 – 1968-ci illərdə direktor müavini, 1968 – 1983-cü illərdə şöbə müdiri, 1983-cü ildən yenidən direktor müavini olmuş və ömrünün sonunadək həmin vəzifədə çalışmışdır.
Elmi fəaliyyəti
1949-cu ildə elmlər namizədi elmi dərəcəsi,
1962-ci ildə elmlər doktoru elmi dərəcəsi,
1963-cü ildə isə professor elmi adı alıb.
1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Elmi yaradıcılığının əsas istiqaməti XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanda kapitalizmin genezisi və inkişafı, kənd təsərrüfatının tarixi problemlərinin tədqiqi olmuşdur. Onun “Azərbaycan dövlət kəndliləri XIX əsrin sonunda” (1957), “XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatı” (1960), “XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatında kapitalizm” (1964), “İmperializm dövründə Azərbaycanın sosial-iqtisadi strukturu” (1982) və b. əsərlərində Şimali Azərbaycanın kənd təsərrüfatı və iqtisadiyyatının bir sıra elmi problemləri öz əksini tapmışdır.
Mahmud İsmayılov üç cildlik “Azərbaycan tarixi”nin əsas müəlliflərindən biri, yeddi cildlik “Azərbaycan tarixi”nin IV və V cildlərinin məsul redaktoru olmuşdur. Onun 1992-ci ildə çapdan çıxmış “Azərbaycan tarixi” əsəri dəfələrlə nəşr olunmuşdur.
Mahmud İsmayılov Moskvada nəşr olunmuş “SSRİ-də tarix elminin tarixi” (1955), “Qafqaz xalqları” (1962) və b. əsərlərin yazılmasında yaxından iştirak etmişdir. O, Ankara, Kayseri, Paris, Roma, Moskva və başqa şəhərlərdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmişdir.
Mahmud İsmayılovun rəhbərliyi ilə 25-dək namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur.
Bədii yaradıcılığı
“Ağ yapıncı”, “Xaqani”, “El üçün yan”, “İki od arasında” adlı tarixi, “Sənin ulu baban” adlı xronoloji romanların müəllifidir.
Vəfatı
16 avqust 2002-ci il tarixdə Bakıda vəfat edib.
Vəfatı münasibəti ilə Azərbaycan Respublikasının rəsmi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin, Azərbaycan Respublikasının Milli Məclisin sədri Murtuz Ələsgərovun, Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadənin və başqa görkəmli şəxslərin imzası ilə nekroloq yayılıb.
Təltif və mükafatları
İstifadə edilmiş mənbələr
- İsmayılov Mahmud Əliabbas oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 597. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. İsmayılov Mahmud // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 284 – 286. — 1.000 nüsx.
- "Vəfat etmiş müxbir üzvlər/İsmayilov Mahmud Əliabbas oğlu". science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 19 Sep 2018 – 22 Jul 2019 tarixində arxivləşdirilib.
- "MAHMUD ƏLİABBAS OĞLU İSMAYILOV (nekroloq)". azertag.az (azərb.). AZƏRTAC. 17.08.2001. 9 Apr 2015 tarixində arxivləşdirilib.
- "Bu gün alim Mahmud İsmayılovun anadan olduğu gündür". cls.az (azərb.). Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. 1 Sentyabr, 2015. 17 Aug 2020 tarixində arxivləşdirilib.