Abbasəli Əliyev
Abbasəli Əliyev (Əliyev Abbasəli Abdurəhman oğlu; d. 15 may 1911-ci ildə, Nuxa, Azərbaycan SSR, SSRİ – ö. 23 avqust 1985-ci ildə, Şəki, Azərbaycan SSR, SSRİ) – hərbçi-həkim, sovet ordusu kapitanı, Böyük Vətən müharibəsi iştirakçısı.
Abbasəli Əliyev | |
---|---|
Əliyev Abbasəli Abdurəhman oğlu | |
Abbasəli Əliyev | |
Anadan olub | 15 may 1911 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 23 avqust 1985 (74 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Uşaqları | Şərafət Əliyeva-Əzizova, İsmayıl Əliyev |
Vətəndaşlıq | SSRİ |
Peşəsi | həkim |
Milliyyəti | azərbaycanlı |
Mükafatları |
Haqqında məlumatlar
15 may 1911-ci il mayın 15-də Nuxada anadan olub.
Təhsili
1936-cı ildə Şəki Tibb Fəhlə Fakültəsini (Med.Rab.Fak.) bitirib.
1936 – 1941-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
Hərbi xidmətdə
1941-ci ildə Tibb İnstitutunu bitirərkən Böyük Vətən Müharibəsi başlayıb və o, hərbçi-həkim kimi sovet ordusunda xidmətə çağırılıb. Müharibə qurtardıqdan sonra da hərbi qulluqda qalıb və 17 il Uzaq Şərqdə, Tiflisdə, Zaqatalada, Lerikdə, Nasosnıda, Bakıda, Gəncədə və bir neçə digər şəhərdə hərbçi həkim kimi çalışıb. 1957-ci ildə kapitan rütbəsi ilə sovet ordusundan tərxis olunub.
Mülki xidmətdə
1957 – 1985-ci illərdə əmək fəaliyyətini Nuxa/Şəki Rayonlararası Mərkəzi Xəstəxanasında davam etdirib.
Vəfatı
15 avqust 1985-ci il tarixdə Şəkidə dünyasını dəyişib.
Ailəsi
- Həyat yoldaşı: Xavər Əliyeva həkim-bakterioloq olub. 1979-cu ildə “Əmək veteranı” medalı, 1982-ci ildə uzun müddət qüsursuz işlədiyinə görə və anadan olmasının 60 illiyi münasibətilə Tibb İşçiləri Həmkarlar İttifaqının Şəki rayon şöbəsi tərəfindən fəxri fərmanla təltif edilmişdir.
- Övladları: İsmayıl, Şərafət və Gülrux – hər üçü musiqiçidir.
- Oğlu: İsmayıl Əliyev musiqiçi-pedaqoqdur. 1972 – 2017-ci illərdə Şəki Musiqi Texnikumunda əvvəl xalq çalğı alətləri şöbəsinin müdiri, sonra isə müəllim və xalq çalğı alətləri orkestrinin rəhbəri olub.
- Qızı: Şərafət Əliyeva-Əzizova, müəllim-konsertmeyster; 2003 – 2010-cü illərdə Trakya Universiteti Dövlət Konservatoriyasında (Türkiyə) çalışmış, 2012-ci ildən isə əmək fəaliyyətini Şəki Dövlət Regional Kollecində davam etdirməkdədir.
Mükafatları
- “Döyüş xidmətlərinə görə” medalı – 31.08.1943.
- "Qırmızı Ulduz" ordeni – 05.08.1944.
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı – 1945.
- “Döyüş xidmətlərinə görə” medalı – 26.10.1955.
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı – 29.03.1966.
- “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” yubiley medalı – 16.05.1969.
- “1973-cü il Sosializm yarışının qalibi” döş nişanı – 12.03.1973.
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı – 22.09.1975.
- Azərbaycan SSR Qırmızı Aypara Cəmiyyəti Mərkəzi komitəsinin fəxri fərmanı (işdə qazandığı nailiyyətlərinə və Azərbaycan SSR Qırmızı Aypara Cəmiyyətinin yaranmasının 50 illiyi münasibəti ilə) – 31.05.1973.
- Azərbaycan SSR “Bilik” cəmiyyətinin fəxri fərmanı (zəhmətkeşlər arasında bilik təbliğatında fəal iştirakına görə) – 24.01.1977.
Şəkillər
-
İki şəkili həkim “Qızıl Şərq” hərbi şəhərcik – Salyan kazarmasında eyni illərdə hərbi qulluqda olmuşlar.Birinci sırada, sağdan birinci kapitan Abbasəli Əliyev, ikinci sırada sağdan birinci polkovnik-leytenant Məmmədəmin Əsgərzadə.
-
Abbasəli Əliyev hərçilər arasaında
-
Abbasəli Əliyev ailəsi ilə birlikdə