Yusif Əbdürrəhmanov
Yusif Əbdürrəhmanov - Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Azərbaycan SSR EA müxbir üzvü (1968).
Yusif Əbdürrəhmanov | |
---|---|
Əbdürrəhmanov Yusif Ələkbər oğlu | |
Yusif Əbdürrəhmanov | |
Doğum tarixi | 18 may 1912 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 30 noyabr 1977 (65 yaşında) |
İş yeri | ASSR-nın EA Zoologiya İnstitutu |
Elmi dərəcəsi | professor |
Mükafatları |
Haqqında məlumatlar
1912-ci ildə Nuxada anadan olub.
Təhsili
1925-ci ildə Nuxa nümunə – zəhmət məktəbini bitirib.
1925-ci ildə Nuxa Pedaqoji Texnikumuna daxil olub.
1934 – 1939-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində təhsil alıb.
1940-cı ildə SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutunda ixtiologiya ixtisası üzrə aspiranturaya daxil olub.
Əmək fəaliyyəti
1939-cu ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində müəllim işləyib.
1952 – 1977-ci illərdə Azərbaycan SSR EA Zoologiya İnstitutunda ixtiologiya laboratoriyasının müdiri olub.
Elmi fəaliyyəti
1945-ci ildə biologiya “Xəzər sirbitinin biologiyası” mövzusunda namizədlik,
1960-cı ildə “Azərbaycanın şirin su balıqları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1965-ci ildə ixtiologiya ixtisası üzrə professor elmi adını alıb.
1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.
Vəfatı
1977-ci ildə 65 yaşında vəfat edib. Bakıda – İkinci Fəxri Xiyabanda dəfn edilib.
Təltifləri
- “Şərəf Nişanı” ordeni.
- 4 medal.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Əbdürrəhmanov Yusif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 113. — 1.000 nüsx.
- – 128/mode/2up ƏBDÜRRƏHMANOV Yusif Ələkbər oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1980. — IV cild. — Səhifələrin sayı: 616. — Səh.: 127 – 128. — 80.000 nüsx.