Yusif Əbdürrəhmanov
Yusif Əbdürrəhmanov | |
---|---|
Əbdürrəhmanov Yusif Ələkbər oğlu | |
Yusif Əbdürrəhmanov. | |
Doğum tarixi | 18 may 1912 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 30 noyabr 1977 (65 yaşında) |
İş yeri | Azərbaycan SSR EA Zoologiya İnstitutunun İxtiologiya laboratoriyası (müdir) |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | professor |
Təhsili |
Nuxa Pedaqoji Texnikumu (1925–) • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, biologiya fakültəsi (1934–1939) • SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutu, aspirantura (1940–) |
Mükafatları |
Yusif Əbdürrəhmanov (1912–1977) — biologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR EA Zoologiya İnstitutunun ixtiologiya laboratoriyasının müdiri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
18 may 1912-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. Valideynlərini gənc yaşlarından itirib.
Təhsili[redaktə | HTML redaktə]
1925-ci ildə Nuxa nümunə–zəhmət məktəbini bitirib.
1925-ci ildə Nuxa Pedaqoji Texnikumuna daxil olub.
1934 – 1939-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində təhsil alıb.
1940-cı ildə SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutunun aspiranturasına (ixtiologiya ixtisası üzrə) daxil olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
Nuxa Pedaqoji Texnikumunu bitirdikdən sonra 4 il ərzində kənd məktəblərində müəllim, kolxoz gənclər məktəbində müəllim və tədris hissə müdiri vəzifəsində çalışıb.
1934 – 1939-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil alarkən, 2 il ərzində SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin Zoologiya İnstitutunda laborant işləyib.
1939-cu ildə universiteti bitirdikdən sonra universitetin onurğalılar zoologiyası kafedrasında müəllim işləmək üçün saxlanılıb.
1952 – 1977-ci illərdə Azərbaycan SSR EA Zoologiya İnstitutunda ixtiologiya laboratoriyasının müdiri olub.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1945-ci ildə biologiya “Xəzər sirbitinin biologiyası” mövzusunda namizədlik,
1960-cı ildə “Azərbaycanın şirin su balıqları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1965-ci ildə ixtiologiya ixtisası üzrə professor elmi adını alıb.
1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.
100-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiyanın (“Bizim balıqlar” (1955), “Zoologiya terminləri lüğəti” (1961), “Azərbaycanın şirin su balıqları” (rus dilində, 1962), “Azərbaycan faunası” seriyasından olan “Balıqlar” (1966; VII cild) və s.) müəllifi, yaxud həmmüəllifidir.
Rəhbərliyi və məsləhətçiliyi ilə 3 elmlər doktoru, 15 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib.
Elmi-ictimai fəaliyyəti[redaktə | HTML redaktə]
Azərbaycan SSR EA Biologiya Elmləri Bölməsinin Birləşmiş Dissertasiya Müdafiəsi Şurasının,
Azərbaycan SSR EA Zoologiya İnstitutunun Elmi Şurasının,
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasının üzvü,
“Heyvanlar aləminin bərpası və mühafizəsi” problemi üzrə Koordinasiya Şurasının sədr müavini,
“Xəzər dənizinin kompleks surətdə öyrənilməsi” problemi üzrə Koordinasiya Şurasının,
“Su hövzələrinin bioloji sərvətlərindən istifadə olunması” problemi üzrə Koordinasiya Şurasının,
SSRİ Balıq Təsətrüfatı Nazirliyi İxtioloji komissiyasının,
Ümumittifaq Hidrobioloqlar Cəmiyyətinin mərkəzi şurasının,
Azərbaycan Sovet Ensiklopediyası biologiya və kənd təsərrüfatı bölmələri şurasının üzvü olub.
Digər[redaktə | HTML redaktə]
Böyük Vətən müharibəsinin iştirakçısıdır. Müharibənin ilk günlərindən 1943-cü ilədək Xəzər hərbi dəniz donanmasının gəmilərində radist vəzifəsində çalışıb.
Təltifləri[redaktə | HTML redaktə]
- “Şərəf Nişanı” ordeni.
- 4 medal.
Vəfatı[redaktə | HTML redaktə]
30 noyabr 1977-ci il tarixdə – 65 yaşında, Bakıda vəfat edib. Bakıda – İkinci Fəxri xiyabanda dəfn olunub.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Əbdürrəhmanov Yusif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 113. — 1.000 nüsx.
- ƏBDÜRRƏHMANOV Yusif Ələkbər oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1980. — IV cild. — Səhifələrin sayı: 616. — Səh.: 127-128. — 80.000 nüsx.
- "Universitetdə 1 nömrəli diplomun sahibi". http://www.anl.az/ (azərb.). “Azadlıq” qəzeti. 7 fevral 2013-cü il. 29 Nov 2020 tarixində arxivləşdirilib.
- "Vəfat etmiş müxbir üzvlər/Əbdülrəhmanov Yüsif Ələkbər oğlu". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 19 Sep 2018 – 8 Aug 2020 tarixində arxivləşdirilib.
- ƏBDÜRRƏHMANOV Yusif Ələkbər oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. 180. — ISBN 978-9952-441-13-0.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Y
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəkidən çıxmış pedaqoqlar
- 1912-ci ildə doğulanlar
- 18 mayda doğulanlar
- Mayda doğulanlar
- 30 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- 1977-ci ildə vəfat edənlər
- "Şərəf Nişanı" ordeni laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- ASE-yə istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə