Cavad İsmayıllı

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:03, 21 dekabr 2020 tarixli dəyişiklik

Cavad İsmayıllı (Cavad Məmməd oğlu İsmayıllı; d. 1956, Nuxa, Azərbaycan SSR, SSRİ) — 2010 – 2020-cu illərdə Şəki şəhər bələdiyyəsinin üzvü olub.

Cavad İsmayıllı
İsmayıllı Məmməd oğlu İsmayıllı
Cavad İsmayıllı
Cavad İsmayıllı
Doğum tarixi 7 yanvar 1956 (1956-01-07) (68 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı

Haqqında məlumatlar

1956-cı ildə Nuxa şəhərində anadan olub. 1970-ci ildə Şəki şəhər 1 saylı orta məktəbin 8-ci sinifini bitirib. 1970 – 1974-cü illərdə Şəki Pedaqoji Texnikumunun Əmək və rəsmxət şöbəsində təhsil almış, 1975–1977-ci illərdə hərbi xidmətdə olmuşdur. 1977 – 1980-ci illərdə Şəki şəhər 14 saylı orta məktəbdə müəllim işləyib. 1980 – 1985-cı illərdə Rusiya Federasiyasının Xabarovski şəhərindəki Enerqomaş zavodunda sınaqçı mühəndis vəzifəsində çalışıb. 1985-ci ildə Azərbaycana qayıdıb və əmək fəaliyyətini 9 saylı məktəbdə davam etdirib.

2006-cı ildən Ümid partiyası Şəki rayon təşkilatının sədridir.

2009-cu və 2014-cü illərdə Şəki şəhər bələdiyyəsinin üzvü seçilib.

2019-cu il 23 dekabr tarixdə Azərbaycan Respublikasının ərazisində keçirililmiş bələdiyyə seçkilərində Ümid Partiyasından Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürülmüşdü. Lakin seçkinin başlanmasınadək namizədliyini geri götürüb.

Ailəlidir, 1 övladı var.

Həmçinin, bax:


Mənbələr

Şablon:Yaxşı məqalə