Sabir Abdulla
Sabir Abdulla (Məmmədov Sabir Abdulla oğlu; 1950 – 2013) — şair və tərcüməçi; Rusiya Federasiyası “Doveriya” prezident klubunun koordinasiya şurasının, beynəlxalq, Rusiya və Azərbaycan yazıçılar birliklərinin üzvü olub.
Sabir Abdulla | |
---|---|
Məmmədov Sabir Abdulla oğlu | |
Sabir Abdulla | |
Sabir Abdulla. | |
Doğum tarixi | 15 iyun 1950 |
Doğum yeri | Oraban, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfatı | 8 yanvar 2013 (62 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Vətəndaşlığı | SSRİ→ Rusiya |
Təhsili |
Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunu |
Haqqında məlumatlar
15 iyun 1950-ci il tarixdə Nuxa rayonunun Oraban kəndində anadan olub.
Təhsili
Oraban kənd məktəbində,
Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda,
M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb.
Yaradıcılığı
Ədəbi yaradıcılığa şeir yazmaqla başlayıb. Bir neçə şeir kitabının müəllifidir. Bundan başqa bir sıra rus şair və yazıçılarının əsərlərini azərbaycan dilinə tərcümə edib.
Təltif və mükafatları
V.D.Sıbin adına ədəbiyyat mükafatı.
Vəfatı
8 yanvar 2013-cü il tarixdə – 63 yaşında, Moskvada vəfat edib.
Ədəbiyyat
- Afaq Şıxlı (12.01.2013). ""Şair öldü" deyərsiz!". https://shahriyar.ru/ (azərb.). “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyəti. 7 Jan 2021 tarixində arxivləşdirilib.
- Orsər R. Sabir Abdulla // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 522 – 525. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.