14 – 15 yanvar
- Səməd Vurğun adına Rus Dram Teatrının rejissoru olmuş Eldar Əliyev (1936 – 1984) 14 yanvar 1936-cı il tarixdə Bakıda anadan olub. O, həmçinin, kino aktyoru kimi bir sıra filmlərə də çəkilib və daha çox “Dəli Kür” filmindəki (1969) Rus Əhməd obrazı ilə yadda qalıb.
Şəkil: Eldar Əliyev.
|
14 – 15 yanvar
- Azərbaycanlı Türkiyə alimi, Türkiyə Elmi və Texnoloji Araşdırma İdarəsinə aid Milli Metroloji İnstitutunun Optik fizika laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Ferhat Sametoğlu 14 yanvar 1972-ci il tarixdə Bakıda anadan olub.
Şəkil: Ferhat Sametoğlu.
|
|
14 – 15 yanvar
- Teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti, ilk azərbaycanlı travist (oğlan rolları oynayan aktrisa) Barat Şəkinskaya (1914 – 1999) 14 yanvar 1999-cu il tarixdə – 84 yaşında, Bakıda vəfat edib. Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub.
Şəkil: Barat Şəkinskaya.
|
15 – 16 yanvar
- İctimai-siyasi xadim, türkoloq, "Sovetskaya turkologiya" jurnalının redaktor müavini Aydın Məmmədov (1944 – 1991) 16 yanvar 1944-cü il tarixdə Nuxa rayonunun Kiş kəndində anadan olub.
Şəkil: Aydın Məmmədov.
|
|
15 – 16 yanvar
Şəkil: Cəbrayıl Hüseynov.
|
15 – 16 yanvar
- Görkəmli azərbaycanlı sovet hüquqşünası İsmayıl Alxazov (1927 – 2008) 16 yanvar 1927-ci il tarixdə Nuxada anadan olub. O, uzun müddət SSRİ Ali Məhkəməsində işləmiş, 20 ilə yaxın müddət ərzində SSRİ Ali Məhkəməsinin hakimi olmuşdur.
Şəkil: İsmayıl Alxazov.
|