Aydın Məmmədov (filoloq)
Aydın Məmmədov | |||||||
---|---|---|---|---|---|---|---|
Məmmədov Aydın Mirsaleh oğlu | |||||||
![]() | |||||||
Aydın Məmmədov, 1990-cı il. | |||||||
|
|||||||
Doğum tarixi | 16 yanvar 1944 | ||||||
Doğum yeri |
Kiş, Nuxa rayonu, ![]() ![]() |
||||||
Vəfat tarixi | 19 aprel 1991 (47 yaşında) | ||||||
Vəfat yeri |
Qax rayonu, ![]() ![]() |
||||||
Dəfn yeri |
Kiş, Şəki rayonu, ![]() ![]() |
||||||
Təhsili |
S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi ( – 1965) SSRİ EA Dilçilik İnstitutu, türk dilləri bölməsi, aspirantura (1969 – ) |
Aydın Məmmədov (1944 – 1991) — türkoloq, ədəbiyyatşünas, ictimai-siyasi xadim. Vəfat edərkən, Azərbaycan Respublikası Ali Sovetinin deputatı və rəyasət heyətinin üzvü idi.
Haqqında məlumatlar[redaktə | əsas redaktə]
16 yanvar 1944-cü il tarixdə Nuxa rayonunun Kiş kəndində anadan olub.
Təhsili[redaktə | əsas redaktə]
1960-cı ildə Oxud kənd məktəbini qızıl medalla,
1965-ci ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1969-cu ildən isə təhsilini SSRİ EA Dilçilik İnstitutunun türk dilləri bölməsinin aspiranturasında davam etdirib.
Əmək fəaliyyəti[redaktə | əsas redaktə]
1970 – 1990-cı illərdə Azərbaycan SSR EA-nın əvvəl Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, sonra ümumi və tipoloji şöbənin dilçilik şöbəsinin müdiri vəzifələrində çalışmış, daha sonra isə Dil və İncəsənət bölməsinin elmi katibi olmuşdur.
İkinci iş yerləri[redaktə | əsas redaktə]
1987-ci ildən «Sovetskaya tyurkoloqiya» (rus.: «Советская тюркология») jurnalı baş redaktorunun birinci müavini olub.
1980-cı illərin sonlarından Azərbaycan Yazıçılar İttifaqı yanında respublika bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri və
Qarabağa Xalq Yardımı Komitəsi sədrinin müavini olub.
Elmi fəaliyyəti[redaktə | əsas redaktə]
“Türk dillərində samit səslər: sözönü və səs birləşmələri” adlı mövzusunda dissertasiya üzərində işləyib. Yüzdən çox elmi, ədəbi-tənqidi məqalənin müəllifidir.
Digər[redaktə | əsas redaktə]
SSRİ Yazıçılar İttifaqının,
«Sovetskiy pisatel» (rus.: «Сове́тский писа́тель») nəşriyyatı idarə heyətinin,
SSRİ Altayşünaslar Cəmiyyətinin,
Sovet Türkoloqlar Komitəsinin,
1980-cı illərin sonlarından fəaliyyətə başlamış “Vətən”, “Qayğı” və “Azərbaycan – Türkiyə” cəmiyyətlərinin idarə heyətlərinin,
7 fevral 1991-ci il tarixdə təşkil olunmuş Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət heyətinin,
28 mart 1991-cı il tarixdə Azərbaycan Respublikası Ali Soveti tərəfindən təşkil edilmiş Azərbaycan Respublikasının Dövlət himninin ən yaxşı mətni, Dövlət gerbinin, orden və medalının ən yaxşı təsvirləri üçün müsabiqə keçirilməsi üzrə komissiyanın üzvü olub.
Kitabları[redaktə | əsas redaktə]
Sözümüz eşidilənədək, 1988;
Son giley, 1992.
Vəfatı[redaktə | əsas redaktə]
19 aprel 1991-ci il tarixdə – 47 yaşında, Qax rayonu ərazisində baş veürmiş avtomobil qəzasında həlak olub.
Kiş kəndində dəfn edilib.
Xatirəsi[redaktə | əsas redaktə]
Şəki şəhərində bir küçəyə adı verilib.
Ədəbiyyat[redaktə | əsas redaktə]
- Məmmədov Ə., Xalıqov F. Məmmədov Aydın // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 502. — Səh.: 384 – 386. — 1.000 nüsx.
- Mete Ə. Tez apardı ölüm səni // O torpağın övladları. — Bakı: «Nurlan», 2006. — I cild. — Səhifələrin sayı: 606. — Səh.: 466 – 471. — 500 nüsx.
- Orsər R. Aydın Məmmədov // Şəkidən gələn səslər. — Bakı: «Elm və təhsil», 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 465 – 468. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2021 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur. |
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış jurnalistlər
- 16 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 1944-cü ildə doğulanlar
- 19 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- 1991-ci ildə vəfat edənlər
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yaxşı məqalələr əlifba sırası ilə