Şahid İsmayılov

WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 20:38, 26 mart 2020 tarixli redaktə

Şahid İsmayılov (Şahid Nəzir oğlu İsmayılov; d.  1959, Baş Şabalıd, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının 2019-cu il bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizəd olmuş, lakin seçilməmişdir.

Şahid Nəzir oğlu İsmayılov
Şahid Nəzir oğlu İsmayılov
Anadan olub 8 yanvar 1959 (1959-01-08) (65 yaş)
Anadan olduğu yer SSRİ
Azərbaycan SSR, Nuxa rayonu, Baş Şabalıd
Vətəndaşlıq SSRİ Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Pedaqoji İnstitutu

Haqqında məlumatlar

1959-cü ildə Nuxa rayonunun Baş Şabalıd kəndində anadan olub. 1974-cü ildə Baş Şabalıd kənd səkkizillik məktəbini tərifnamə ilə bitirdikdən sonra imtahansız Şəki Pedaqoji Texnikumuna qəbul olunub. 1978-ci ildə isə həmin texnikumu fərqlənmə diplomu ilə başa vurub və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Ümumi texniki fənlər fakültəsinə daxil olub. 1982-ci ildə inistitutu bitirdikdən sonra Şəki Pedaqoji Texnikumunda müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1983 – 84-cü illərdə həqiqi hərbi xidmətdə olub və ordudan tərxis olunduqdan sonra əvvəlki işinə qayıdıb. Həmin texnikumda uzun müddət müxtəlif vəzifələrdə çalışıb. Şəki Dövlət Regional Kolleci təşkil edildikdən sonra isə orada təcrübə rəhbəri kimi pedaqoji fəaliyyətini davam etdirir.

1996-cı ildən YAP-ın üzvüdür. Həmin il onun təşəbbüsü və təşkilatçılığı ilə sədr özü olmaqla Yeni Azərbaycan Partiyası Şəki təşkilatının Yuxarıbaş Ərazi İlk Təşkilatı və Baş Şabalıd Kənd Ərazi ilk Təşkilatı yaradılmışdır. YAP Şəki Təşkilatı Şurasının üzvüdür. 2019-cu il bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü.

Ailəlidir, üç övladı var.

Həmçinin, bax:


Mənbələr