Şahid İsmayılov
Şahid İsmayılov | |
---|---|
İsmayılov Şahid Nəzir oğlu | |
![]() | |
Şahid İsmayılov. |
Şahid İsmayılov — Şəki Dövlət Regional Kollecinin tərkibində fəaliyyət göstərən Şəki Texniki Kollecinin rəhbəri.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
8 yanvar 1959-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Şabalıd kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1974-cü ildə Baş Şabalıd kənd səkkizillik məktəbini tərifnamə ilə bitirib.
1974 – 1978-ci illərdə Şəki Pedaqoji Texnikumunda,
1978 – 1982-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ümumi texniki fənlər fakültəsində təhsil alıb.
Hərbi xidmət[Vizual/Mobil redaktə | HTML redaktə]
1983 – 1984-cü illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1982-ci ildən Şəki Pedaqoji Texnikumunda müəllim kimi əmək fəaliyyətinə başlayıb.
2022-cı ildən Şəki Dövlət Regional Kollecinin tərkibində fəaliyyət göstərən Şəki Texniki Kollecinin rəhbəridir.
İctimai-siyasi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1996-cı ildən YAP-ın üzvüdür. Həmin ildən onun təşəbbüsü və təşkilatçılığı ilə sədr özü olmaqla Yeni Azərbaycan Partiyası Şəki təşkilatının Yuxarıbaş Ərazi İlk Təşkilatı və Baş Şabalıd Kənd Ərazi İlk Təşkilatı yaradılıb.
2019-cu il bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürülüb, lakin seçilməyib.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailəlidir, üç övladı var.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin topladığı səslər (2019)
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin siyahısı (2019)
Bildiriş[HTML redaktə]
...