Məmməd Əfəndiyev
Məmməd Əfəndiyev (1887–1977) — azərbaycanlı sovet riyaziyyatçı-pedaqoqu, professor, S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində fəaliyyət göstərmiş Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru. Tanınmış azərbaycanlı pedaqoq və yazıçı-dramaturq Rəşid bəy Əfəndiyevin oğludur.
Məmməd Əfəndiyev | |
---|---|
Əfəndiyev Məmməd Rəşid bəy oğlu | |
Məmməd Əfəndiyev | |
Məmməd Əfəndiyev, 1951-ci il. | |
Doğum tarixi | 5 oktyabr 1887 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 1 iyun 1977 (89 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Elmi adı | professor |
Uşaqları | Fəridə, Adilə |
Atası | Rəşid bəy Əfəndiyev |
Anası | Zeynəb |
Mükafatları |
Haqqında məlumatlar
1887-ci ildə Nuxada anadan olub.
1908-ci ildə Tiflisdə gimnaziyanı bitirib.
1908 – 1913-cü illərdə Sank-Peterburq İmperator Universitetinin(ru) mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
1913 – 1915-ci illərdə Qori seminariyasında müəllim,
1915 – 1920-ci illərdə isə Nuxada şəhər gimnaziyasında əvvəl müəllim, sonra isə müdir işləyib.
1920-ci ildə Bakıya – N.Nərimanovun təşəbbüsü ilə Bakıda təşkil olunmuş birillik kurslarda dərs deməyə dəvət olunur; bu kurslarda orta məktəblər üçün müəllimlər hazırlanırdı.
1921 − 1926-cı illərdə Ali Pedaqoji Kişi İnstitutunun əvvəl fizika-riyaziyyat fakültəsinin dekanı, sonra isə direktoru olub.
1930 − 1936-cı illərdə Pedaqoji İnstitutun riyaziyyat kafedrasının müdiri,
1941-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin riyazi təhlil kafedrasının müdiri işləyib.
1944-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində açılmış Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub.
1 iyun 1977-ci ildə Bakı şəhərində vəfat edib.
1992-ci ildə Bakıda bir küçəyə onun adı verilib.
Elmi-pedaqoji fəaliyyəti
1933-cü ildə dosent,
1944-cü ildə professor elmi adını alıb.
Azərbaycan dilində terminologiya tərtib etmiş, Yaxın Şərqdə o vaxtadək istifadə edilməkdə olan riyazi işarə və formulları latınlaşdırmışdır. Bir sıra riyaziyyat dərsliklərinin, o cümlədən, “Sadə diferensial tənliklər” dərsliyinin (1950) müəllifidir.
1941 – 1956-cı illərdə Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olub.
Təltif və mükafatları
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 153-154. — 1.000 nüsx.
- Mete Ə. Tanınmış riyaziyyatçı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 214 – 215. — 500 nüsx.
- ƏFƏNDİYEV Mәmmәd Rәşid oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. —VI c. — Səh. ?. — ISBN 978-9952-441-11-6.
- Mərdanov M., Tahirzadə Ə. ƏFƏNDİYEV (ƏFƏNDİZADƏ) Məhəmməd bəy Rəşid bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı).. — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 227–230. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.