Vəli Əliyev (1936–2020) — tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri.

Vəli Əliyev
Əliyev Vəli Hüseyn oğlu
Vəli Əliyev
Vəli Əliyev.
Doğum tarixi 20 iyul 1936(1936-07-20)
Doğum yeri Nuxa rayonu, Daşbulaq kəndi, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 7 yanvar 2020 (83 yaşında)
Vətəndaşlıq SSRİ→ Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi tarix, arxeologiya
İş yeri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsi (şöbə müdiri)
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
Təhsili

Nuxa Pedaqoji Məktəbi (1953–1955)

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (1955–1959)

Azərbaycan SSR EA Tarix İnstitutu, aspirantura (1959–1961)
Atası Hüseyn
Anası Mehriban

Haqqında məlumatlar

20 iyul 1936-cı il tarixdə Nuxa rayonunun Daşbulaq kəndində anadan olub.

Təhsili

1953 – 1955-ci illərdə Nuxa Pedaqoji Məktəbində,

1955 – 1959-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində,

1959 – 1961-ci illərdə Azərbaycan SSR EA Tarix İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1959-cu ildən Azərbaycan SSR EA Tarix İnstitutunda baş laborant,

1960-cı ildən kiçik elmi işçi,

1971-ci ildə baş elmi işçi vəzifəsində çalışıb.

1990 – 2020-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri olub.

1997-ci ildən N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ümumi tarix kafedrasının müdiri olub.

Elmi fəaliyyəti

1966-cı ildə namizədlik,

1984-cü ildə doktorluq dissertasiyası müdafiə edib.

1994-cü ildə professor elmi adını alıb.

2003-cü ildən AMEA-nın müxbir üzvü olub.

2 elmlər doktorunun və 15 fəlsəfə doktorunun elmi rəhbəri olub.

Elmi əsərləri

  1. Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti. Bakı: 1977;
  2. Qədim Naxçıvan. Bakı: 1979.
  3. Ağsunun tarixi səhifələri, Bakı: "ADĠLOĞLU" nəşriyyatı - 2001, 94 s. (Həmmüəllif F.S.Xəlilov).
  4. Naxçıvan Azərbaycanın tarixi diyarıdır.
  5. Naxçıvanın Qədim qala şəhərləri.
  6. Qədim Qarabağ.
  7. Azərbaycanın orta tunc dövrü mədəniyyəti. Bakı: Elm, 1991.
  8. Naxçıvan. Bakı: 2002
  9. Gəmiqaya. Bakı: "Zeynalov və oğulları", 147 s.
  10. Əziz Əliyev böyük alim və görkəmli dövlət xadimidir // Tarixi şəxsiyyətlər “jurnalı”, №32, Bakı: 2015, s.26-31.
  11. “Azərbaycan tarixi”, dərslik, VI sinif. Bakı: 2015.
  12. “Qədim dünya tarixi”, dərslik, VI sinif. Bakı: 2015.
  13. Культура эпохи средней бронзы Азербайджана. Баку: 1991.
  14. “История Азербайджана”, учебник для VI класса. Баку: 2015.
  15. “История древнего мира”, учебник для VI класса. Баку: 2015.

Vəfatı

7 yanvar 2020-cı il tarixdə – 83 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əliyev Vəli // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 131 – 133. — 1.000 nüsx.
  2. Əliyev Vəli Hüseyn oğlu : Vəfat etmiş müxbir üzvlər : [arx. 12.06.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 19.07.2021.

Şablon:Yaxşı məqalə