Zivər İsrafilzadə

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:05, 23 avqust 2021 tarixli dəyişiklik

Zivər İsrafilzadə — Kiyev (Ukrayna) şəhər administrasiyasında daxili audit şöbəsini mudiri.

Zivər İsrafilzadə
İsrafilzadə Zivər Vidadi qızı
ukr.: Ісрафілзаде Зівер Відаді Кизи
Zivər İsrafilzadə
Doğum tarixi 24 avqust 1997 (1997-08-24) (26 yaş)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan→Flag of Ukraine.svg Ukrayna
Milliyyəti azərbaycanlı
Təhsili Kiyev Ali Polis Akademiyası, hüquq fakültəsi (bakalavriat, 2015–2019; magistratura, qiyabi, 2019–)

Haqqında məlumatlar

24 avqust 1997-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

2004-cü ildə Kiyev şəhərindəki 46 №-li məktəbin 1-ci sinfinə gedib.

2015–2019-cu illərdə Kiyev Ali Polis Akademiyasının hüquq fakültəsində bakalavr dərəcəsi üzrə təhsil alıb.

2019-cu ildən təhsilini Kiyev Ali Polis Akademiyasının hüquq fakültəsinin magistraturasında qiyabi davam etdirir.

Əmək fəaliyyəti

Kiyev Ali Polis Akademiyasında təhsil alarkən Kiyev şəhər merıyasinda və Ukrayna Parlamentinin hüquq mühafizə orqanlarına nəzarət komitəsində iş təcrübəsi əldə edib.

2019-cu ilin iyul ayında – 21 yaşında, Kiyev şəhərinin mərkəzi rayonu olan Peçersk rayon administrasiyasinda hüquq mühafizə orqanlarına nəzarət və korrupsiyaya qarşı mübarizə şöbəsində müdir müavini, iki ay sonra isə şəhər administrasiyanin daxili audit şöbəsini müdiri vəzifəsinə təyin edilib.

Maraqlı

 
Zivər İsrafilzadə atası – Ukrayna Milli Ordusunun zabiti Vidadi İsrafilovla birlikdə, Kiyev, Ukrayna, 2014-cü il.

Kiyev şəhər administrasiyasinda vəzifəyə təyin edilməzdən əvvəl, Ukrayna qanunlarına görə ukrayna dilindən imtahan verərək Sertifikat alması tələb olunurdu. Zivər İsrafilzadə imtahandan uğurla keçmişdir.

Professional silahlardan sərbəst istifadə etmək və hədəfə sərrast atəş atmaq bacarığına malikdir.

Xeyriyyəçiliklə məşğuldur, uşaq evlərinə baş çəkir, valideynini itirmiş uşaqları hədiyyələrlə sevindirir.

Atasi Vidadi İsrafilov ilə birgə 2004 və 2014-cü illərdə Meydan hərəkatının iştirakçısı olub.

İstefada olan Azərbaycan polkovnik-leytenantı Nizami İsrafilovun qardaşı qızıdır.

Ədəbiyyatr

  1. [https://pechersk.kyivcity.gov.ua/files/2019/10/18/Israfilzade.pdf БІОГРАФІЧНА ДОВІДКА

ІСРАФІЛЗАДЕ Зівер Відаді кизи] : [arx. 23.08.2021] : [укр.] // Печерська районна в місті Києві державна адміністрація. — Müraciət tarixi: 23.08.2021.