Rafiq Şükürov
Rafiq Şükürov — tanınmış pedaqoq və təhsil işçisi; müxtəlif illərdə Şəki Məişət Xidməti Texnikumunun, Şəki Texnologiya Texnikumunun və Şəki Pedaqoji Texnikumunun/Şəki Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışmışdır. 2016-cı ildən əmək təqaüdündədir.
Rafiq Şükürov | |
---|---|
Şükürov Rafiq Şükür olu | |
Rafiq Şükürov | |
Rafiq Şükürov. | |
Anadan olub | 1952 | (69 yaşında)
Anadan olduğu yer | Aşağı Küngüt, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Təhsili | V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, riyaziyyat fakültəsi (1969–1973) |
Haqqında məlumatlar
1952-ci ildə Nuxa (indiki Şəki) rayonunun Aşağı Küngüt kəndində anadan olub.
Təhsili
1959 – 1967-ci illərdə Aşağı Küngüt kənd orta məktəbində,
1967 – 1969-cu illərdə Nuxa/Şəki şəhər 10 №-li orta məktəbində,
1969 – 1973-cü illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1973-cü ildən Baş Kəldək kənd səkkizillik məktəbində və Aşağı Küngüt orta məktəbində fizika-riyaziyyat müəllimi,
1978 – 1983-cü illərdə Aşağı Daşağıl kənd səkkizillik məktəbinin direktoru,
1983 – 1988-ci illərdə Şəki Pedaqoji Məktəbinin tədris işləri üzrə direktor müavini,
1988-ci ildən Şəki Məişət Xidməti Texnikumunun direktoru,
1993-cü ildən Şəki Texnologiya Texnikumunun direktoru,
1994 – 2016-cı illərdə Şəki Pedaqoji Texnikumunun/Şəki Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışıb.
İctimai-siyasi aktivliyi
1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür və partiyanın hər üç qurultayının nümayəndəsi olub.
Kitabları
- Pedaqogika tarixindən mühazirə materialları (2004);
- Pedaqogika dərsləri (2005);
- İşıq məbədi (Ramiz Orsərlə birlikdə, 2010).
Ailəsi
Ailəlidir, üç övladı var.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Şükürov Rafiq // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 375-376. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Şükürov R., Orsər R. Şükürov Rafiq Şükür oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 133. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.