Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Məjlum Şükürov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Məjlum Şükürov
Şükürov Məjlum Şükür oğlu
Mejlum Shukurov2.jpeg
Məjlum Şükürov, 2007-ci il.
Doğum tarixi 1 sentyabr 1954 (1954-09-01) (67 yaş)
Doğum yeri Aşağı Küngüt, Nuxa (indiki Şəki) rayonunun, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi elmlər namizədi
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1971–1976)

Leninqrad Aqrofizika İnstitutu, aspirantura (1980–)

Leninqrad Aqrofizika İnstitutu, doktorantura (1989–)

Məjlum Şükürov — texnika elmləri namizədi, Şəki bələdiyyəsinin sabiq üzvü (2005–2010), Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı (2006–2011).

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1 sentyabr 1954-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Aşağı Küngüt kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1961 – 1971-ci illərdə Aşağı Küngüt kənd orta məktəbində,

1971 – 1976-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1980-cı ildə Leninqrad Aqrofizika İnstitutunun aspiranturasına,

1989-ci ildə isə Leninqrad Aqrofizika İnstitutunun doktoranturasına qəbul olunub.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1976 – 1980-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Kibertexnika İnstitutunda işləyib.

1984 – 1986-cı illərdə Əkinçilik Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi,

1986 – 1989-cu illərdə isə baş elmi işçi vəzifəsində çalışıb.

1996-cı ildə Əkinçilik Elmi Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsinə direktor təyin edilib.

İctimai aktivliyi[redaktə | HTML redaktə]

2005 – 2010-ci illərdə Şəki Bələdiyyəsinin üzvü,

2006 – 2011-ci illərdə III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1985-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Şükürov Məjlum // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 376-379. — 600 nüsx. — ISBN 5-8066-1708-4.